Kamran Iskəndərli

10/10
·628 syf.··
2026 16. kitabı
·
10 günde okudu
·
Okunma: 25 Mart 2026 15:43
Haradan başlayacağımı bilmirəm. Oxuduğum kitabların çoxunu yeni məlumatlar öyrənmək üçün oxuyuram, bu kitab sırf ləzzət almaq üçündür. Bütün personajlarla ayrı-ayrı bağ qurdum. Kitaba 2026-cı ilin əvvəlində başladım, sonra martda yenidən başladım. 20 gün ərzində 500 səhifə oxudum və həddindən artıq sürükləyici idi. Mifologiya və dinlərdən məlumatların verilməsi insanı bezdirmir, əksinə daha da içinə çəkir. Sanki oxuyarkən mən də o ərazilərdə idim, o xarakterlərin necə olduğunu xəyal edirdim. İndi fərq etdim ki, bu kitabı “Altıncı Yuxu”-dan daha çox bəyənmişəm, amma burada rol təkcə hekayə oynamır. Kitab oxuyanda çox qeyd aparmıram, tam olaraq nəyi bəyəndiyimi, amma Şarl Donayhunun məhkəməsi ən maraqlı səhnə idi.
TanatonavtlarBernard Werber · Teas Press Nəşriyyatı · 013 okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
9/10
·144 syf.··
Beğendi
·
2026 12. kitabı
Son 5 səhifə məni yerden yerə vurdu,həyatın cındır üzü bu kitabdadır,80 ci səhifəni oxuyandaki düşüncəmlə indiki çox fərqlənir.Xudayar,bir "insan" necə bu qədər namussuz ola bilər axı,hər şey satılıqdı onun üçün.Nəysə kitabla bağlı fikirlərimdən biri odurki Tarantinonun "Pulp Fiction" filmi yadıma düşdü,bir birində fərqli hekayələri ortaq yerde birleşdirir,bu səbəblə hadisələri bir nəfərdən çox insanın gözündə görürük.
Danabaş Kəndinin ƏhvalatlarıCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 2019907 okunma
6/10
·256 syf.··
2026 11. kitabı
Hardasa 170-ci səhifədə öz özüme zarafat etdimki 12 bıçaq zərbəsi var,qatarda 12 nefer var ama ciddiyə almadım.Qatardaki hər kəsin bir birini tanıması və Armstrong cinayəti ilə bağlantılı olduqları üçün çox mentiqsiz gelirdi,ama yeneki çox beyendiyimi deye bilmərem,məncə hər hansısa sonluq meni təəccübləndirməyəcəkdi.Vaxtımı həba etmədi,yaxşıki oxumuşam ama ən sevdiyim əsərlərdən biri olmayacağı dəqiqdir.Bütün hadisələr qapalı,tək məkanda keçməsidə sıxıcı idi.Yenede bir şans daha verib "Mesopotamiyada Qətl"i də oxuyacağam.
Şərq Ekspresində QətlAgatha Christie · Qanun Nəşriyyatı · 202036bin okunma
5/10
·69 syf.··
2026 13. kitabı
Kitabın üz qabığını görüb,üstelik adının "fantastik gecə"olduğunu görüb,düşündüm ki,"научная фантастика"janrında bir kitab oxuyacam,fəqət yadımdan çıxdı ki yazıçı Stefan Zweig-dir.İlk hardasa 10 səhifəsi məni özümdən çıxartdı,ancaq bu cümlə var idi:"necə yazacağımı bilmirem,yazdıqlarım çox yanlış anlaşıla bilər,bir çox mənaya gele bilər,sözlerime çox diqqət etməyə çalışıram".Ay qardaş day yaz qutarda,nə qədər eyni cümlələri yazsanda mən eyni mənanı anlayacam.Fridrix mənə göre,işsiz,saxta,ruhsuz bir insandır.
Olağanüstü Bir GeceStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2023171,7bin okunma
7/10
·104 syf.··
2026 9. kitabı
İndiki dövrdə olsa idi,Greqorun anası deyərdiki,telefona baxmaqdan oldu.Zarafar bir yana,Greqor ilə empatiya qurmaq çox çətin və ağırdır,bir insan durduq yerə həşərata çevrilsin ki.Heminqveyin"Təhlükəli Yay"kitabında şikayətlənmişdimki dialoq çox azdır,burda Greqorun danışa bilmədiyini nəzərə alıram,kitabın ümumiyyətlə çox ağır havası var idi,rus ədəbiyyatı qoxurdu.Son olaraq ümid edirəm ki,o həşərat Greqor deil idi.
ÇevrilməFranz Kafka · Qanun Nəşriyyat · 2019267,8bin okunma