Əsər ilk başda cansıxıcı görsənsə də insana aşıladığı məna, həyat dərsləri və fəlsəfəsi, xüsusilə Qurani-Kərimdən gətirilən sitatlar və nümunələr çox təsirlidir. Yaxşı işi, ailəsi olmasına baxmayaraq pessimist olan bir insanın(Villi), ölümünə günlər qalmış nikbin bir şəxs(Visam) ilə tanışlığından və sonra həyatının yaxşıya doğru dəyişməsindən bəhs edir.
Varisin yaradıcılığından oxuduğun ilk əsərdir. Hüzünlə bitən sevgi hekayəsi...Əsərdə hadisələrin yalnız sevgi üzrə getməsi sıxıcı idi. Kitabda müxtəlif sevgi hekayələri və bu haqda əlavə məsləhətlər, məlumatlar da verilib, müxtəlif mənbələrdən sitatlar gətirilib. Əsərdə qadını kölə kimi, kiminsə malı, namusu olaraq görən insanların olması üzücüdür.
Nə qədər ki xəstəxanalar "sağlamlıq mərkəzi" adlanmayacaq, bizdə xəstələr düzələn deyil. Bir yerin ki adı "xəstə xana" oldu, bu nə deməkdir?
Yəni ki, içindəkilər xəstədir. Xəstə olmasan belə "xəstə" xanasında olduğun üçün xəstələnəcəksən. Bir yerin ki adında ümidverici heç nə yoxdur, oradan necə sağlam adam çıxsın?