Lamiyə Heydərova

Lamiyə Heydərova
@Lamia_98
10/10
·368 syf.··
2025 104. kitabı
·
10 günde okudu
·
Okunma: 09 Ağustos 2025 12:04
Elçinin "Ölüm hökmü" tomanı ötən əsrin tarixi hadisələrinə işıq salan tarixi hadisələri bədiiləşdirərərək təqdim edən bir romandır.Əsər Sovet hakimiyyətinin 80-ci illər dövründə baş verir.Ancaq səhifələr irəlilədikcə zaman məfhumu dəyişir,daha əvvəlki zamanlar-30-cu illər qanlı repressiya illəri, dövrünağrı-acıları,günahsız insanların ən kiçik şeylərə görə belə güllələnnməsi,sürgün edilməsi, işgəncələrə məruz qalması müəllif tərəfindən hərtərəfli təsvir olunur.Əsər maraqlı obrazlar qalereyası ilə zəngindir.Özünü qüsursuz,adicə məmur maaşıyla yaşayan Sovet vəzifəli şəxsi kimi göstərib əslində isə rüşvətxor, idarəsində olan qəbiristanlığı öz şəxsi mülkü kimi istifadə edən Əbdül Qafarzadələr, həyatın hər üzünü görən, bütün çətinliklərdən keçən insanların timsalı olan məzlum Xosrov müəllimlər, daxilindəki üsyanları üzə çıxarmağa cəsarəti olmayıb dövrün tələblərinə boyun əyməyə məcbur olan Murad İldırımlılar, yalnız öz mənfəətini düşünüb ətrafındakı insanları belə ifşa edən Xıdır müəllimlər, Əflatun müəllimlər və digər bu kimi obrazlar.Müəllif bütün bu obrazların daxili dünyasına enir, onların hiss və duyğularını oxucuya təqdim edir.Elə buna görədir ki, digər sovet dövrü əsərlərindəki kimi bütün insani hisslərdən məhrum olan mənfi qəhrəmanların əksinə olaraq biz burada ağrı-acıları olan,sevən,darıxan, üzülən mənfi obrazlar görə bilirik.Bu da müəllifin hadisələrə daha real, obyektiv yanaşmasının göstəricisidir.Yazıçı zamanlar arasında əlaqəni ustalıqla təsvir edir.Əsərdə müxtəlif dövrlərdəki hadisələr, insanlar bir-biriləri ilə əlaqəlidirlər.Dünənin Xıdır müəllimi bu günün Əbdül Qafarzadəsi kimi təsir bağışlayır.Bir də tarixi hadisələrdən əlavə əsərdə taun epidemiyasının yayılması da var ki,bu da təsadüfi xarakter daşımır.Taundan insanlar ölür,ölən insanlar yandırılır,
Ölüm HökmüElçin · Yazıçı Nəşriyyatı · 1989219 okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.

Lamiyə Heydərova

, bir kitap okudu
10/10
·368 syf.··
10 günde okudu
·
2025 104. kitabı
Elçin
8.6/10 · 219 okunma
Yox,hər halda,tələbə Murad İldırımlı Allah deyildi!Amma...amma axı... Əbdül Qafarzadə də insan deyildi...Nə üçün? O da anasının qarnından çıxmamışdı?O da bu hava ilə nəfəs almırdı?Onun uşaqları yox idi?O da ağrı-acı hiss etmirdi,sevinmirdi? O insan idi,əlbəttə,insan idi!Tələbə Murad İldırımlı isə Allah deyildi...
Bəlkə,sən mənə inanmırsan?Bəlkə,elə bilirsən ki,mən sənə də yalan deyirəm?İnan,inan mənə...Mən səni çox istəyirəm,sənin yarpaqlarını da çox istəyirəm, budaqlarını da qartımış gövdəni də.Düz deyirsən,mən Güləri də aldadıram,düz deyirsən, dostları da aldadıram,özümü də aldadıram,amma sənə düz deyirəm,çox istəyirəm səni,inan mənə,inan...
Sən belə şeyləri başa düşməzsən axı.Bəlkə,heç insan olsaydın da başa düşməzdin,çünki insanların da arasında insanı başa düşən ancaq həmin insanın özüdür,başqası deyil... (Elçin "Hönkürtü")