Sovet ittifaqı qəribə bir ölkə idi,burada hökuməti də,camaatı da aldada-aldada nə qədər istəsən şəxsi varidat qazanmağa imkan,şərait var idi,amma o varidatı açıq xərcləməyə imkan yox idi...
Dünyanın faniliyinin, həyatın mənasızlığının bir ümidsizlik gətirdiyi belə anlarda Əbdül Qafarzadə çalışırdı təskinliyi onda tapsın ki,dünyaya gəlmiş və bir gün də dünyadan köçəcək nə birinci,nə də sonuncu insandır və bir halda ki,belədir,bir halda ki, dünyanın böyük-böyük alimləri,şairləri, sərkərdələri,dövlət adamları həyatın bu mənasızlığı müqabilində ruhdan düşməyiblər,öz böyük işlərini görüblər,deməli,həmin mənasızlıq barədə heç fikirləşmək də düzgün deyil; o şey ki,səndən asılı deyil nə üçün fikirləşib özünə dərd edirsən?
Bu necə zəmanədir,bu necə ölkədir,bu necə quruluşdur?!İnsan başı ilə toyuq başının fərqi yoxdur,insanın başını da toyuğun başı kimi haçan istəsələr onda üzə bilərlər.