Lamiyə Heydərova

Lamiyə Heydərova
@Lamia_98
o gecəyarısı o tonqal eləcə yandı... sonra o alov zəiflədi,zəiflədi və söndü...
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Neçə-neçə illərdən sonra da Xosrov müəllimin özü də yadına sala bilmirdi ki,Hadruta necə girmişdi,o bomboş həyətlərinə necə gedib çıxmışdı,evlərinin dərmanlanmış bağlı qapılarını,armud ağacının dibində ölüb qalmış o xoruzu necə görmüşdü,adamlara qoşulub o tonqalın üstünə necə getmişdi?
Xosrov müəllim Qırmızı Yaqubun səsində dünyanın ən dərin bir kədərini hiss etdi və bax elə həmin dəqiqə Xosrov müəllimin içindəki o nigarançılıq dəhşətli bir qorxu hissinə çevrildi, ürəyi ən bəd bir xəbər ərəfəsində şiddətlə döyünməyə başladı və Xosrov müəllim sonralar da uzun ömrü boyu Qırmızı Yaqubla həmin üzbəüz məqamı xatırlayanda ürəyi eləcə şiddətlə döyünürdü,elə bil ki yenə heç nə bilmirdi və o dəhşətli xəbərin ərəfəsində idi.
Əlləri süst yanına düşdü və tamam ümidsiz bir səslə:- Axı mənim orada ...təkrar etdi,- mənim orada üç balam var,ailəm var...
O, birdən-birə hiss etdi ki,onun iztirablarının mənbəyi olan hadisə indi onun mənəvi sevincinin mənbəyi olmuşdur.