Anam həmişə deyirdi ki,hər kəsin payını kənara ayırıb qoyurlar ki,o özü yeyə.Hərdən mən fikirləşirəm ki,mənim heç vaxt öz payım olmayıb,yeniyetmə vaxtı atama və qardaşlarıma görə öz payımdan keçməli oldum,sonra isə ərimə görə.Mənə gah bir qəhrəmanın,gah da bir vətən xainin arvadı kimi baxırdılar.Sonra bir müxalifətçinin anası kimi tanıdılar.Daha sonra savaşçı anası oldum.Neçə dəfə məni gah yuxarı qaldırıb,gah da yerə endirdilər.Bunların heç biri mənim öz payım deyildi.Heç vaxt heç kim mənim mənhz özümün kim olduğumu,nə istədiyimi soruşmadı.