Lamii Hüseynoffa

Lamii Hüseynoffa
@Lamii_Huseynoffa
İnstagram: lamii.blog •𝐘𝐨𝐮 𝐤𝐧𝐨𝐰 𝐦𝐲 𝐧𝐚𝐦𝐞 𝐧𝐨𝐭 𝐦𝐲 𝐬𝐭𝐨𝐫𝐲..
Puan vermedi·83 syf.··
2022 7. kitabı
Stefan Zwing əsərlərini bəyəndiyim müəlliflərdən biridi. Satranç, Stefan Zwingin son esəridir.Müəllif bu kitabı Braziliyada intihar etməzdən bir neçə ay əvvəl yazıb. Kitabı bir neçə saata bitər bilərsiniz. Müəllifin kitabının səhifələri az olmasına baxmayaq bir çox şey ifadə edir. İnsanı duygudan duyğuya aparan bir kitabdır. Müəllif kitabda olan insanların psixoloji vəziyyətləri o qədər gözəl ifadə etmişdir ki, çarəsizliyin və tənhalığın insanın necə dəyişdirdiyini və onları dəli edə biləcəyini görə bilərsiniz. Əsərdə Avropa mədəniyyətinin nasistlər təhlükəsi altında məhv olmasından, əzilən cəmiyyətlərin mənəvi dalğalarından, çöküşlərindən bəhs edir. İki əsas personaj vasitəsilə davam edən əsərdə personajlardan biri Mirko Czentovic, digəri isə Dr. B'dir. Həyat macərasında hər ikisinin başına gələn hadisələrdən sonra şahmatla necə tanış olduqlarını və şahmatın həyatlarına təsirindən bəhs edən əsərdir. Nyu-Yorkdan Buenosa gedən bir gəmidə sərnişinlər arasında olan bir milyonçu, dünya şahmat çempionu Mirko Czentovicə pul qarşılığında şahmat oynamağı təklif edir. Bu ikisinin oyununa tamaşa edən avstraliyalı Dr.B oyun vaxtı özünü saxlaya bilməyib onların oyununa qarışır, bu vaxt ona çempionla oynamağı təklif edirlər.
SatrançStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2020279,6bin okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Puan vermedi·559 syf.··
2022 32. kitabı
İlk olaraq gələcəkdə bir gün bu rəyləri oxuyanda inanıram ki, mövzu və formadan çox, mənə hiss etdirdikləri şeyləri xatırlamaq daha yaxşı olacaq. Romanın başlama tarixi 6 yanvar 1482-ci ildir.Hekayənin əsas qəhrəmanı Notr Damın keçmiş dövrlərinin izlərinə toxunaraq ətraflı təsvirlər edib. Bütün kitab on bir qısa kitabdan ibarətdir. Mövzuya gəldikdə, kitab kilsənin qarşısında qalan çirkin körpənin həyat hekayəsindən və onun qaraçı qıza olan böyük sevgisindən bəhs edir. Kitabda cəmiyyətə qarşı ümumi tənqid var. O dövrdə edam edilən insanların ictimaiyyət tərəfindən necə qarşılanaraq maraqla izlənilməsi, sənət əsərlərinə, filosoflara lazımi əhəmiyyət verilməməsi, insanların düşünmək əvəzinə başqalarının fikrinə inanması, padşahların qəribə davranışları və s. təəccüblü bir dillə tənqid edildi. Parisin təsvirləri və müəllifin zaman-zaman girdiyi uzun-uzadı təsvirlər həqiqətən də insanları narahat edir.
Notre Dame'ın KamburuVictor Hugo · Türkiye İş Bankası Kültür Yayınları · 202242,2bin okunma
Puan vermedi·111 syf.··
Beğendi
·
2022 30. kitabı
Corc və Lennienin çox nadir görünən və çıxarsız bir dostluqları vardı. Corc bəzən Lennieden bezdiyini onu istəmədiyini bildirsə də əslində ona dəyər verirdi. Kitabda ayrı seçkiliyi çox gördüm güclülər, zəif olanlar, kişilər və qadınlar, beyazlar və zəncilər və.s Lennienin heyvan sevgisi olması çox gözəl idi, sanki bir uşaq və sadəcə onunla maraqlanan Corc olsun birdə heyvanları..Corc və Lennienin tək istədiyi hər kəsdən uzaqda kiçik bir evlərinin olması və Lennienin sevdiyi heyvanları xüsusilə də dovşanlarının olması. Corc ağıllı olmasına rəğmən Lennie tam tərsi daha güçlü, psixoloji problemi olan biri idi. Kitabda dostluq, irqçilik, saflıq, yoxsulluq və vəfa.. mövzularına toxunulub. Lennie canlı cansız fərq etmədən yumuşaq olan hər şeyə maraq göstərir və onlara toxunaraq onu sevməyə çalışır. Lennienin bu sevgisi zərər verir həmdə verdiyini zərərin fərqində olmaması, sevdiyini incitməyi ağlından belə keçirmir. Belə birini seçmək və ya xor görmək yerinə onu başa düşməyə çalışan çox az insan var. Yaşlı adamın iti daha işə yaramır, çox yaşlanıb deyə onu öldürmələri çox üzücüdür. Bir heyvan olaraq ona duyğu beslemirler bezi insanlar sadəcə işlərini görən bir varlıq sanki yaşlı adamın itini öldürdükdə kimsənin ses çıxarmaması məni əsəbləşdirdi.
Fareler ve İnsanlarJohn Steinbeck · Sel Yayıncılık · 2023211,9bin okunma
Puan vermedi·160 syf.··
2022 31. kitabı
İlyas Əfəndiyevin qələmi güclü bir yazardır. Kitab olduqca axıcı bir kitabdır və dili sadə tərzdə yazılıb. Əsərdə Adilin mənəvi dünyası ilə tanış oluruq və eyni zamanda Səriyyənin fikirləriylə də.. Onu da qeyd edim ki romanda şəxsiyyət azadlığı məsələsinə toxunur.Səriyyə sevmədiyim obrazlardan biridir. Hərəkətlərinə, fikirlərinə əsəbiləşməmə olmur. Əsərdə bizim cəmiyyətə uyğun olmayan bir çox hadisələr baş verir. Mental mədəniyyətimizi nəzərə alsaq, hər cür xoşbəxtliyi olan Səriyyənin ərindən ayrılmaq istəyi, ruhi azadlığa can atması mübahisə doğurmaya bilməzdi. Çünki bizim təsəvvürümüzdəki xoşbəxtlik anlayışı məhduddur və bu anlayış maddiyyatla, məişət rahatlığıyla çərçivələnib. Səriyyənin isə xoşbəxtlik anlayışı fərqliydi. İlyas Əfəndiyev məhz bu qəlibi dağıdır ki, həyat və fərd sosrealizm düşüncəsində olduğu kimi birqatlı, sadə deyil, insan təbiəti mürəkkəbdir, təcrübələr, münasibətlər müxtəlifdir və Səriyyənin simasında ənənəvi ailə modeli xoşbəxtliyinə alternativ olan bir xoşbəxtlik anlayışından danışır. Adil və Səriyyənin bir birini sevib evlənməsi daha sonra başqa bir şəhərə gəldikdən sonra bir çox şeyin dəyişməsi baş verir. Adil ağrı təbiətli bir xarakteri var və həyat yoldaşının da ciddi olmasını istəyirdi. Səriyyə həyat yoldaşının yaşam tərzinə uyğunlaşmağa çalışarkən fərqin olmadan boğulduğunu hiss edirdi. Sevgi anlayışı herkese göre fərqlidir. Bir dəfə sevdin başqa heç kimi sevə bilməzsən deyə bir şey yoxdur sadəcə sevməyin de bir ədəbi var. İnsanların bir birini sevməsi bir -birini çox yaxşı tanıdığı mənası gəlmir çünki tanısalar "mən səni sevirdim niye bele etdin bele bilmezdim" kimi ifadələr olmazdı. Bunun çox geniş izahı var amma qısa tutsam yaxşıdır.. "Mən duyğuların əsarətinə, köləliyinə nifrət edirəm"
Körpüsalanlarİlyas Efendiyev · Qanun nəşriyyatı · 0750 okunma
Puan vermedi
Açığı, kitab əvvəlcə çox monotondur, düşünürəm ki, onun son hissələri diqqətimi xüsusilə çəkdi. Müəllif insanın daxilindəki dəyər mühakimələri ilə xaricdəki dəyər mühakimələri arasındakı ziddiyyəti çox aydın əks etdirmişdir. Müəllifin kitabdakı psixoloji təhlillər və şəxsiyyət üzərində qurduğu hekayədə insanın mənəvi tərəfi ilə doyumsuz şər tərəfinin mübarizəsindən bəhs edilir. Dr. Jekyll içindəki pisliyi başqa bir bədəndə üzə çıxardı, lakin zaman keçdikcə hadisələr və bay Hydnin nəzarətdən çıxması nəticəsində arzuolunmaz hadisələr zənciri başlayır. Ən əsası içinizdəki pis və yaxşını sorgulayacagimizi düşündürən bir kitab. Cəmiyyət insanları öz istək və istəkləri ilə bir-birinə zərər vermesinler deyə o qədər sıxışdırır k, şizofreniya xəstəsi olan insanlar ortaya çıxır. Duyğuları parçalanmış, şəxsiyyətləri çoxalmış, bəziləri yoxa çıxan insanlar həyatlarını antidepresanlarla, üzlərində saxta təbəssümlərlə, saxta həyatla yaşıyırlar. Xüsusilə "Yaxşı və pis nədir?" Bu suallar çox dərin idi, amma əmin olduğum bir şey var ki, insan azadlıq illüziyasındakı ağıllı heyvandır, bu ikisi arasında bir pislikdə tələyə düşmüşdür. "İnsan həqiqətən bir deyil, ikidir." deyir Dr. Jekyll məktubunda məhz bu pislikdən bəhs edirdi. Yaxşı və pis həmişə bizdə olub və nə qədər ki, insanlar var olacaq. Mənim üçün önəmli olan hansını seçdiyimiz və hansını öz iradəmizlə, yəni heç bir fayda və təzyiq olmadan bəslədiyimizdir. Heç bir qarşılıq gözləmədən yaxşı əməllərimizi etmək bacarığımızdır, hətta burada da mükafat var, çünki yaxşılıq edən insan özünü yaxşı hiss edir. Nəyin xeyirli, nəyin faydalı, nəyin pis və zərərli olduğunu müəyyən etməkdə ən yaxşı qaynağımız öz vicdanımız olacaq. Çünki ən mükəmməl ədalət vicdandır. Hər şeyin bir sonu olduğu kimi hər şeyin bir həddi var. Kitabı bitirdikdən
Dr. Jekyll ve Bay HydeRobert Louis Stevenson · Arunas Yayıncılık · 2020341 okunma