"Əsl xoşbəxtlik' deyilən o fantastik şey nədir axı? Əlbəttə, bunun cavabı yoxdur. Bizi burada barmaqlıqların arxasında saxlayıb canımızı çürüdür, işgəncə verirlərsə, bu, çox gözəl və ağlabatandır, çünki belədə bu palatanın isti, rahat kabinetlə heç bir fərqi olmur. Əlverişli fəlsəfədir: boş-bikarsan, vicdanın təmiz və özünü müdrik sayırsan...
Yox, cənab, bu bə fəlsəfə, nə təfəkkür, nə də ki geniş bir dünyagörüşdür, bu, tənbəllik, tərki-dünyalıq, yuxulu-yuxulu gicəllənməkdir... Hə! - deyə İvan Dmitriç yenə əsəbləşdi. - İztiraba nifrət edirsiniz, amma barmağınız qapı arasında qoysalar, boğazınız cırılanacan bağırarsınız!