Leylakhanim Asadova

Herkes senin yolculuğunu anlamayabilir, dert etme. Sonuçta bu hayatı yaşamak için burdasın. Herkesin anlauabilmesi için değil. James Bowen
Sayfa 139·Kitabı okudu
Afag Mammadova isimli okura yanıt verildi
Leylakhanim Asadova
Görüşə qədər bitəcək 🤭
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Kitab haqqqında düşüncələrim
Puan vermedi·132 syf.·
2020 9. kitabı
Biz gənclər olaraq həyatımızın hər anının dadını çıxarmağa çalışırıq. Bəzilərimiz valideyn olandan sonra, bu zövqü uşaqlarına yaxşı nələrsə daddırmaqla əvəz edir. Adətən bunu da özünü ikinci plana ataraq edir. Ancaq tabloya kənardan deyil də, tam qarşısından baxırıq. Belə olan halda isə tablonu tam görməyimiz qeyri-mümkündür. Mütləq ki, nələrisə gözdən qaçırırıq. Bu günki mövzuda isə diqqətdən qaçanlar, görməzdən gəldiyimiz, hal-xətirlərini belə soruşmadığımız yaşlılardır. Təsəvvür edin: evdə tək və ya ancaq yoldaşınız var. İşdən qoca olduğunuz üçün təqaüdə göndərilmisiniz. İş heyətinə hələ də nələrsə edə bildiyinizi, dolayısıyla işdə qalmaq istədiyinizi göstərdiniz. Amma “65 yaşdan yuxarı olanların evdə oturması lazımdır” dedilər. Siz isə hər səhər saat yeddidə qalxıb, tələsik səhər yeməyini yeməyə oturanda yadınıza düşür ki, mənim artıq işim yoxdur. Artıq kiməsə lazım deyiləm, heç kim işə gəlməməyimlə maraqlanmayacaq. Sizdən nə istədiyinizi belə soruşmurlar. Hər kəs evdə oturacağınıza görə sizi xoşbəxt zənn edir. Düşünə bildiniz mi? Ağır gəldi hə? Mən bir o qədər də düşünməmişdim. Ta ki, kitabı oxuyana qədər. Çox zaman düşünürdüm ki, yaşlansam, onda düşünərəm. Amma hər bir insan yaşlanmaq, həyatın hər çağını görmək istəyir. İndiki təlaşlarımız o qədər gözümüzü bağlayıb ki, uşaqlara baxanda özümüzü, özümüzə baxanda yaşlıları unuduruq. Təəsüf ki, belədir. Mən də kitabı oxuyarkən bunun əksi olduğunu, ən azından belə olmadığını özümə sübut etməyə çalışdım. Kitabı oxuduqca sübutlarım gerçəkliklərin qarşısında aciz qaldı. Özümü sadəcə axışa buraxdım. Gələk kitabın özünə. Bayaqdan təsirlərindən danışıram. Kitab Mathea və Epsilon adlı yaşlı ər-arvadın gündəlik həyatından bəhs edir. Əsər Matheanın dilindən nəql olunur. İsveçdə yaşayan bu ailə bir-biri ilə çox yaxşı
1000Kitap
Hızlandıkça AzalıyorumKjersti Skomsvold · Jaguar Kitap · 20152,310 okunma
Leylakhanim Asadova
Bu kitab yeniden oxunmalidir deyesen 🫣