İnkişaf elə sürətlə gedir ki, insanların orta məktəb və institutlarda öyrəndikləri, həmişə, artıq bir az köhnəlir. Yalnız tək-tük insanlar, həcmi sürətlə artan informasiyaları öyrənməyi çatdırmaqla irəliləyə bilir. Onlar bu işə bütün vaxtlarını sərf edir və bununla yalnız hansısa dar bir sahə üzrə ixtisaslaşırlar.