?⃤Tərbiyə Səfərova✟⃤

?⃤Tərbiyə Səfərova✟⃤
@LilithYesari
Yatdığı yerdən zaman və məkanlar arasında səyahət etməyi xəyal edənlər; Astral səyahət(proyeksiya) deyil sizə lazım olan: Sadəcə nəfəslik bir film... Dadımlıq bir kitab... t.me/kinokitabxana

?⃤Tərbiyə Səfərova✟⃤

, bir kitabı okumaya başladı
John Gray
8.3/10 · 25 okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Dini hekayələrə fərqli baxış
Puan vermedi·139 syf.··
2026 14. kitabı
·
4 günde okudu
·
Okunma: 07 Haziran 2026 10:00
Müqəddəs Tarixin Üsyankar Şahidi.     Jose Saramago "Qabil" Jose Saramago ilə Adəm və Həvvanın yaradılışına doğru səhayətə çıxıb, Nuh Peyğəmbərin insanlıq yox olarkən gəmi ilə xilas etdiyi seçilmişlərin hekayəsinə fərqli baxış bucağı ilə baxırıq. Jose Saramago sorğulayıb: Tanrı özü narsistlik edərkən, haqsızlıq edərkən, niyə yaratdığı bəndələrinin günahlarına göz yummur...?! Dini kitablardan bildiyimiz xarakterleri daha fərqli təsvir edib yazıçı və hətta bəzi yerlərdə təhqirdəndə istifadə edib... Tanrını, dini inancları, dini kitablardakı müqəddəs sayılan xarakterləri insest əlaqələr və pornoqrafiya üzərindən sorğulamaq insanların, müqəddəs inanclarına savaş açmaqdır. Kitabda sevdiyim və sevmədiyim qisimlər oldu. Kitabın əsas qəhrəmanı Qabil qardaşını öldürdükdən sonra Tanrı tərəfindən cəzalandırılır və zamanda səyahət edərək bir çox hadisələrə şahid olur. Qardaşını öldürərkən belə günahı Tanrıda görür. Hər bir insan azad iradəli olaraq yaradılıb və bu iradəmiz ilə etdiyimiz mənfi hərəkətlərin günahını Tanrının üzərinə atmaq məsuliyyətdən qaçmaqdır... Həqiqi iman kor-koranə inanmaqla deyil, sorğulamaqla başlayır. Amma nəyi və necə sorğulayırıq , ən əsas olan necə anlayırıq...?! İlahi ədalət ilə insani ədalət üst-üstə düşməyəndə, İnsan bəzən inandığı ilə mübarizə aparır. Bəsit və Ağrılara hesablanmış baxış prizmalardından baxdıqda, kimisə günahlandırmaq o qədər asan gəlir. Xüsusən də, "Tanrı və Şeytan"ı. Emosiya və Histeriyaya görə edilən hər hərəkətin, işlədilən hər ifadənin kvantik təsirləri və qarşılıqları var. İnsanın Tanrıçılıq oynamaq həvəsi, qarşisı alınmaz fəsadlara yol açıb daima. Hal-hazırda dünyada baş verən proseslər buna bariz nümunədir.
KabilJosé Saramago · Kırmızı Kedi Yayınevi · 201814,3bin okunma
Qabil dedi: “Ağlımdan çıxmayan bir fikir var.” “Bu nə fikirdir?” – deyə İbrahim soruşdu. “Sodomda və yandırılan digər şəhərlərdə günahsız insanların olduğunu düşünürəm. Əgər belə olsaydı, Tanrı, mənə onların həyatını bağışlayacağına dair verdiyi sözü yerinə yetirərdi. Uşaqlar...” – dedi Qabil, “oradakı uşaqlar günahsız idi.” “Tanrım...” – deyə İbrahim pıçıldadı, səsi sanki bir inilti kimi idi. “Bəli, o bəlkə sənin Tanrındır, amma o uşaqların deyil.”
Qüllə sanki səssizcə dağılmış kimi görünürdü, elə bil kağızdan hazırlanmış bir qəsr idi; və nəhayət, göyə yüksələn və günəşi örtən nəhəng bir toz buludu içində hər şey sona çatdı. Uzun illər sonra oraya bir meteorit düşdüyü haqqında rəvayətlər danışılacaqdı, amma bu doğru deyil. Orada Tanrının təkəbbürünün sona çatmağımıza razı olmadığı Babil qülləsi vardı. İnsanların tarixi Tanrı ilə olan anlaşmazlıqlarının tarixidir; o bizi anlamır, biz də onu anlamırıq
Puan vermedi·139 syf.··
4 günde okudu
·
2026 14. kitabı
José Saramago
7.3/10 · 14,3bin okunma