Böyük Qardaşın nə dediyini heç kim eşitmirdi. Lakin döyüşün qızğın çağında sərkərdənin əsgərləri ruhlandırmaq üçün qışqırdığı bir neçə anlaşılmaz söz kimi onun dedikləri də mənasından asılı olmayaraq sadəcə ən çətin anda səsi eşidildiyinə görə ürəklərdə inam doğururdu.
📚🔔 Tatil zili çaldı!
Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞
Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Əslində klassik kitabları sevən biri olaraq, əvvəllər bu kitaba qarşı bir ön yarğım var idi. Hardasa 4-5 gün olar oxuyub bitirmişəm və niyə daha əvvəl oxumamışam deyə peşmanam.
Mövzusu belədir: Culiyan işinin peşəkarı və çox çalışqan bir vəkildir. Bir gün o elə məhkəmə zalındaca yıxlır və həmin hadisədən sonra inzivaya çəkilir. İnzivaya çəkildiyi müddətdə öyrəndiklərini köməkçisi Conla, yəni bizlə paylaşır.
Kitabı oxuyanda, məsləhət görərdim ki, əlinizin altına bir vərəqlə qələm qoyun. Çünki kitabın içində, düzgün oxuyan üçün sözün həqiqi mənasında necə yaşamaq lazım olduğunun alətləri var. Maddiyyatın bu qədər önəm daşıdığı, hətta kimilərinə "hava", "su" olduğu müddətdə, bu kitab həqiqi havanın və suyun nə olduğunu göstərir oxuculara.
Kitabın ən sevdiyim tərəfi o idi ki, Culiyanın köməkçisi sanki biz idik. Mən idim. Nə zaman aydın olmayan hissəsi olurdu, Con həmən dəqiqə sualımı verirdi.
Ümumilikdə kitabı bəyəndim və oxumağı tövsiyyə edirəm!