Madina

Madina
@Madinasdream
International relations and economics, political science
15 okur puanı
Mart 2021 tarihinde katıldı
Puan vermedi·88 syf.··
2023 33. kitabı
Henry David Thoreau ilə tanışlığım önəmli əsərlərindən biri olan “Sivil itaətsizlik” ilə olmuşdu. Hansı ki, bu sivil itaətsizliklə bağlı ilk sistemli nəzəri yanaşmadır. Həm də öz həyatında bunu təcrübə edərək iqtisadi cəhətdən də əsaslandırıb. Thoreau həyatı boyu uzun gəzintilər edib və ona qoşulmaq istəyənləri qovmaqla məşhur idi. Gəzməyi insanın daxili canlılığını təzələyən müqəddəs bir sənət olaraq görürdü. Eyni zamanda, o, özünü təbiəti öyrənməyə və yazmağa həsr elədi. İnsanların təbiəti müşahidə etmək və izləmək üçün çox tənbəl olduğunu düşünürdü. Bəzi alimlər hətta iqlim dəyişikliyini incələmək üçün Thoreau’nun gündəliklərindən istifadə edirdi. Çiçəklərin açdığı, yarpaqların rəng dəyişdirdiyi vaxta dair tutduğu qeydlər onlara kömək olurdu. Bu əsəri 3 hissədən ibarətdir. Adından göründüyü kimi gəzməyin fəlsəfəsindən, təbiətin gözəlliyindən, insanın təbiətdəki rolundan, digər hissələrdə də qışın gözəlliyindən və ay işığında gəzməyin necə bir hiss olduğundan bəhs edir.
YürümekHenry David Thoreau · Can Yayınları · 20204,551 okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
10/10
·480 syf.··
2023 26. kitabı
İskender Pala’nın ən çox sevdiyim əsərlərindən biri oldu. Romanda bir sabah həyat yoldaşının öldürülməsi oyanan, ayrılıq acısı yaşayan “Kara Şahin” və onunla eyni hisləri paylaşan can dostu “Topaç Yeye” ilə sevdiyinin qatillərini axtarmaq üçün ona kömək edən bir neçə yoldaşının məcarasından bəhs edir. Bütün bu hadisələr 1718-1730-cu illəri əhatə edən Osmanlı imperatorluğunun Lalə dövrünə təsadüf edir. Dövrün siyasi-ictimai hadisələri də romana ayrıca maraq qatdı. Lalə dövrü 1730-cu ildə Xəlil üsyanı ilə başa çatır və Sultan III Əhməd taxtdan edirilir. Romanda zövq aldığım hissələrdən biri də təbii ki, lalələr və onlar haqqında məlumatlar oldu. Heç vaxt lalələr haqqında bu qədər dərin düşünüb onları sevməmişdim. Bəzi bölümlərin sonunda yazarın “derkenar” adlandırdığı qısa hekayələr isə sadəcə möhtəşəm idi. Və İskender Pala kitabın giriş hissəsində əslində bu əsərin özünün yazmadığını qeyd edir. Hekayə əlyazması bir kitabdan alınıb və kimin nə vaxt yazması ilə bağlı məlumat yoxdur.Amma bu kitabda adı keçən insanların hamısı həqiqətdir. “(…) Ve elbette lale doğuludur, Hıristiyanlik kadar, Musevilik kadar, İslamiyet kadar doğuludur yani… Lale utangaçtır, taze bir gelin kadar, iltifat görmüş bir nazenin kadar utangaç yani... Lale altə yaprağıyla hercayidir, batılar ve kuzeyler kadar, alt veya üstler kadar... Lale sabr u sebatın, ölümden sonra dirilmenin adıdır yani, ekim mevsiminde ekilip nisan mevsiminde açacak kadar…”
Katre-i Matemİskender Pala · Kapı Yayınları · 202525,5bin okunma
10/10
·590 syf.··
Beğendi
·
2023 14. kitabı
·
11 günde okudu
·
Okunma: 08 Mayıs 2023 01:16
Sadəcə qəlbimi qoydum… Bir şeyin fərqinə vardım ki, əgər Allah bir insanı Öz’ünə yaxınlaşdırmaq istəyirsə, bunu həmin insanın başa düşdüyü, sevdiyi yolla edir və dünyada heç bir şey bu yolun qarşını kəsə bilmir. Bəlkə bəzən ağrılı, bəzən sıxıntılı olur, amma bu yol əvvəlkindən daha da böyük sevgi ilə böyüyür. Türk yazıçısı və divan ədəbiyyatı tədqiqatçısı olan İskender Pala’dan oxuduğum ilk kitab idi. Kitabda Cahiliyyə dönəmində Məkkədə baş verən hadisələr, Məhəmməd Peyğəmbər’in (s.a.v) doğumu, uşaqlığı, ilk vəhy illəri, hicrət dönəmləri və həmin dövrdə olan döyüşlər qeyd olunur. Özdə bütün bunlar bir bülbülün dilindən çox gözəl üslubda danışılır. Kitabın bir çox hissəsin dəfələrlə oxuyub kədərlənməmək mümkün deyildi. Əsəri oxumağa başlayandan səhifələr su kimi axırdı. Heç bitməsini istəmirdim, buna görə də yavaş-yavaş, qəlbimə, ruhuma işləyən hər cümlənin üzərindən dəfələrlə keçə-keçə oxudum. O qədər gözəl qələmə alınıb ki... Elə hiss edirdim ki, o gözəl bülbül ilə yuxarıdan yaşanılanları izləyir, o hadisələrin içinə daxil olub dərindən bütün bunları hiss edirəm. Bu əsərindən sonra İskender Pala’nın digər əsərlərini də oxumağa qərar verdim. “Ben bülbülüm. Eğer bugün bahçenizde bir yerlerde size kırk birinci şarkıyı söylüyorsam, bilin ki yine gülümü anlatıyorumdur: “Bütün şarkılarım sana senadır ya Rasulallah / Ne ki vardır ya senden ya sanadır ya Rasulallah “ Çünki “ Seni her kim severse ben rakibim ya Rasulallah!”
Hz. Muhammed (sav) için Bülbülün Kırk Şarkısıİskender Pala · Kapı Yayınları · 202413,5bin okunma
10/10
·280 syf.··
2022 17. kitabı
Nağı bəy Şeyxzamanlı Gəncə şəhərinin çox qədim ailələrindən olan Şeyxzamanlı ailəsinə mənsubdur. Nağı bəy “Difai”partiyasının üzvü, Gəncə Gənclik Təşkilatının sədri, Azərbaycan Xalq Cümhuriyyəti dövründə isə Əks-inqilab ilə Mübarizə Təşkilatının rəisi olmuşdu. Nağı bəy Şeyxzamanlının fəal şəkildə siyasətə qoşulması, vətənpərvərlik mövqeyinin ortaya qoyulması məhz “Difai”dən başlayır. “Difai” partiyasındakı fəaliyyəti dövründə Nağı bəyin təşəbbüsü ilə bir sıra erməni vəhşiliyinin qarşısı alınır və xalq az da olsa, rahatlıq tapa bilir. O, şəxsən İstanbula gedib, Osmanlı imperiyasının dövlət xadimləri ilə görüşmüş və onlardan yardım istəmişdi. 1919-cu ilin mart ayında Məmmədbağır Şeyxzamanlı tərəfindən müstəqil Azərbaycanda ilk dəfə təsis olunan əks-kəşfiyyat idarəsi həmin ilin avqust ayınadək Məmmədbağır bəyin rəhbərliyi altında fəaliyyət göstərir. Lakin çox keçmədən onu rəis kimi qardaşı Nağı bəy əvəz edir. Vacib olan hadisələrdən birini qeyd edim: Xəzər dənizində rus çarının 27 gəmisi yiyəsiz qalmışdı. Bu gəmilər silah-sursatla dolu idi, eyni zamanda Azərbaycan üçün təhlükə yaradan məsələ idi. Cəsarətli Nağı bəy bu gəmilərin nümayəndələri ilə xüsusi əlaqə yaradır və müvafiq danışıqlardan sonra bu gəmilər Azərbaycana təhvil verilir. Rus imperiyasının 27 bayrağını endirmək Nağı bəyə qismət olur və 27 gəmi Xəzər dənizində Azərbaycan bayrağı altında üzməyə başlayır. Hansı ki, qeyd olunurdu ki, Türkmənçay müqaviləsinə uyğun Xəzər dənizində rus imperiyasının bayrağından başqa bir dövlətə aid bayraq dalğalanmamalıdır. Və bu müqavilə orada yenə parça-parça edildi. Kitabın bəzi hissələrini kədər, ağrı, bəzilərini sevinc, bəzilərini isə böyük qürur hissi ilə oxudum. Altından xətt çəkdiyim o qədər cümlə, qazandığım o qədər yeni məlumat, hadisə və ziyalı oldu ki... Daha başqa
XatirələrNağı Bəy Şeyxzamanlı · Xan Neşriyyat · 08 okunma