Həqiqi olduğuna inandığınız şey düz, düzgün olmadığına inandığınız isə səhvdir. Sizin stəkana baxmağınızdan asılı olaraq, o, yarıyadək dolu və ya yarıyadək boş ola bilər
Əgər 3 yaşlı uşağı evin ortasına qoyub hərəmiz bir tərəfdən onu danlasaq, onun səfeh olduğunu, heç nəyi düz etmədiyini, "bunu belə etməlidir, onu belə etməməlidir" desək, hər yeri dağıtdığını söyləsək, hətta bir-iki kötək də vursaq, uşaq ya qorxaraq sakitcə küncə sıxılacaq, ya da özünü çox pis aparacaq. O, daim bu iki yoldan birini seçəcək və biz o körpənin, həqiqətə də, nəyə qadir olduğunu heç vaxt bilməyəcəyik.