Çox gözəl və maraqlı kitabdır. Kitabı kaş 5 il əvvəl oxusaydım...( Valideyin olmağa hazırlaşan ana və ataların bu kitabı mütləq oxuması lazımdır. Uşağa sıfırdan necə davranmalı olduğunu bilmək üçün vacibdir. Mən daxil bir çoxumuz bilmədən uşağı yalnış yönləndiririk.
Bir çox şeyə uşağı məcbur edirik. Məsələn uşaq ana və atanin sözündən çıxmamalıdır, səsi hündürdən çıxmamalı, ətrafı dağıtmamalıdır. Oyuncaqları qırmamalı, tullanıb düşməməlidir və.s.
Amma uşaqları sərbəst buraxmaq, nəyisə etmək üçün basqı etməmək lazımdı.
Ən əsası özümüzü uşağın yerinə qoyub empatiya qurmaq lazımdır.
Qısacası bu kitab sayəsində doğru bildiyimiz yanlışları və daha bir çox şey öyrəndim.
Bir insanın bilə-bilə həyatını necə məhv etdiyi və narkotik aslılığının nələrə səbəb olduğu haqqında çox gözəl kitabdır. Günümüzdə gənclərin mütləq oxumalı olduğu bir kitabdır.
Kitabı bəyəndim amma, bəzi yerləri çox sıxıcı idi... Hətta yarım buraxmağı düşünürdüm amma, sonlara doğru axıcı oldu. Sonunu çox bəyəndim. Qatilin kimliyi sona qədər təxmin olunmur, hətta həmin insanın qatil olması birinci təəccüblü, sonra isə tamamilə məntiqli gəldi. Aybikə isə layiq olduğu cəzanı çəkdi.