Ən böyük paradoks bax budur da: müdrik və elmli insanlar özlərini heç nə bilməyən hesab etdikləri halda, cahil axmaqlar özlərini hər şeydən başları çıxan müdrik və alim hesab edirlər.
Bir müdrik deyərdi, həyat öz yerini tapmaq üçün müxtəlif yerlərə baş çəkməkdən ibarətdir. Bir çoxları öz yerlərini tapmadan gedirlər. Yalnız bəzi insanlar öz yerlərinə yaxınlaşa bilir, çox azı isə həyatda özlərinə məxsus olan yerləri tapırlar. Hə, dostum, təəssüflər olsun ki, həyat, bax, budur.
Biz anaların qüsuru ondadır ki, bizim cəmi bir qucağımız var, oraya da yalnız bir övlad yerləşir. Əvəzində isə Tanrı bizə göy dəniz, sonsuz səma genişliyində bir ürək verib ki, ora bütün övladlarımızın sevgisini yerləşdirə bilək.
Çalışın səhv etməyin, qızlar, yoxsa sizi anlamaq istəməyən bu amansız cəmiyyət səhvinizi əsla bağışlamayacaq. Lap Tanrı bağışlasa da, bağışlamayacaq...
UNUTMA!
Heç bir zaman heç nəyə gec qalmadın.
Arzularını, sevgini və ən gözəli, bütün həyatını sev! Özünü sev.
Addımlarını uğurlara aparmaq, geridə qalan har şeyi silmək
ya xatırlamaq da sənin əlindədir.
Sən ən gözəl hörmətə va diqqətə layiqsən.Hiss etməyi, yaçamağı, güclü olmağı sevirsən, mane olsalar belə, sən bunu sevirsən və heç bir zaman öz yolundan dönmə.