Müəllifin Erasmusu öz sələfi kimi görməsi, ona heyranlıq duyması və ya ən azı onda özünü tapdığı üçün simpatiya duyması, fikrimcə, açıq-aşkar hiss olunur kitabı oxuyarkən. Əslində bunu daha əvvəl Zweig-ın öz avtobioqrafiyasını oxumuş olmasaydım, anlamazdım, çünki bir növ onun da xarakter cizgilərinə, xasiyyətinə, düşüncələrinə özünün rəva gördüyü qədər bələdəm artıq. Kitab digər oxuculara bəlkə də, ədəbi dillə sintez olunmuş sıxıcı tarixi araşdırma kimi gələ bilər, amma mən sanki tanıdığım bir kitabı, 2-ci dəfə, fərqli formada yenə oxudum, dejavu yaşadım. Bəlli ki, müəllif mövzu subyekti haqda kifayət qədər məlumatlıdır, qeyd olunan incəliklərdən, xırda detallardan anlaşılır bəlkə də nə qədər arxivlərdə eşələndiyi. Erasmusun əlaqədə olduğu şəxslərlə məktublarının məzmunlarıyla belə ətraflı tanışdır. Zatən öz avtobioqrafiyasından yadımda qaldığı qədərilə, Zweig pula bədxərclik etmədən tarixdə iz qoymuş şəxsiyyətlərin əşyalarından, təmas etdikləri hər şeydən kolleksiya yığmağı xoşlayırmış, demək ki, (bəlkə də) Erasmusun cızmaqaralarından da, məktublarından da nəsə əldə edə bilib. Qısacası, kitabı müəllifin keçmişlə qurduğu bir bağ, öz fikirlərinin Erasmusun fikirləriylə səsləşməsini təsdiq edirmiş kimi qəbul elədim. Əlavə olaraq, əsər tarixdən öyrəndiklərimi xatırlatdı, yeni bilgilərlə tanış oldum, vaxtaşırı kitabı saxlayıb araşdırma etməyimi sövq elədi (ki bu da kitab oxumağın ən sevdiyim cəhətlərindəndir).
Tarix təkərrür edir. Zweig lost generation-ın nələr yaşadığını, hələ üstəlik avstriyalı rəssamın avropanın başına nə oyunlar açdığını görüncə Erasmus kimi sonda ümidsizliyə düçar olur, bəşəriyyətdən ümidini kəsir. Hər ikisi vətənsiz, kosmopolit kimi öldü, tək fərq odur ki, Erasmus öz əcəli ilə getdi, Zweig isə intiharla. Zweig-ın qələmindən çıxanlar həmişə hisslərə