Fərhad Nəbiyev

Bir uşağa təkcə bədəninin qidasını deyil, eyni zamanda möhtac olduğu təhsil və tərbiyəni də vermək lazımdır. Bunları vermə məsələsində məqbul bir ümid mövcud olmadan bir uşağı dünyaya gətirmək həm bu talesiz uşağa, həm də cəmiyyətə qarşı əxlaqi bir cinayətdir.
Mədəni cəmiyyətin hər hansı bir üzvü üzərində, onun arzusuna baxmayaraq, gücün haqlı olaraq istifadə edilə biləcəyi tək yer başqalarına gələcək zərərin önləmə məqamının olduğu yerdir. Fərdin maddi ya da mənəvi olsun, öz xeyri üçün müdaxilə kafi bir səbəb deyil. Heç kim bir şeyi etməyə və ya buna dözməyə, sırf belə etməsi onun üçün xeyirli olacağı üçün, onu daha xoşbəxt edəcəyi üçün, başqalarının düşüncələrinə görə belə etməsi ağıllı yaxud doğru olacağı üçün məcbur edilə bilməz. Bu heç bir şəkildə haqlı deyil.
Hökumət tərəfindən yerinə yetirilməkdə olan vəzifələrə əlavə edilən hər yeni vəzifə hökumətin ondan yaxşılıq və pislik gözləyənlər üzərindəki hakimiyyətinin daha geniş şəkildə yayılmasının zəminini hazırlayır. Bu vəziyyət də xalq arasında müxtəlif əməllər arxasınca qaçan insanlarn get-gedə hökumətin ya da hökumət yolunda olan partiyanın yaltaqlarına çevrilməsinə səbəb olur. Əgər hər şey mərkəzi administrasiyanın bir orqanına çevrilsəydi, işçilər, maaşlar və vəzifə yüksəldilmələri hökumət tərəfindən təyin edilsəydi, bu ölkədə mətbuat azadlığı və qanunvericilik məclisi var olsa belə bu ölkənin azad olduğundan bəhs etmək mümkün olmazdı. Bu ölkə yalnız kağız üzərində azaddır.
Ölkənin bütün qabiliyyətli insanlarının hökumət işinə cəlb edilməsi gec-tez bu kütlənin əqli fəaliyyətinə və qabaqcıllıq xüsusiyyətinə öldürücü təsir edən vəziyyətdir
Azadlıq adına layiq olan yeganə azadlıq başqalarını səadətlərindən məhrum etməyə və ya onların səadət əldə etmə səylərinə mane olmağa cəhd etmədiyimiz müddətcə öz yaxşılığımızı öz bildiyimiz yolda axtarma azadlığıdır