Bu kitabı qətiyyən bəyənmədim. Seriya içərisində ən soyuq və uzaq olduğum kitab olması ilə bərabər sanki yazar da yazdığı rollardan soyumuşdu. Əvvəlki kitablardakı kimi əsas rollarımız da yox idi. Aslan artıq uşaqlardan çox uzaqlaşıb onun inancı davam etsə də, özü bu kitabda çox az göstərildi . Bununla kitabın əsas rolları olan Eustace və Pole bu dünyanın o çox sevdiyimiz cəsurluğu və zəkaları ilə parıldamır yanlızca Suratsız adlı rol Narnianı və o dünyanın vədaşlarına xas xüsusiyyətlərini göstərirdi.
Onsuz da nənim gözümdə seriya əvvəlki kitablarında uşaq kitabı olmaqdan çıxmışdı amma bu kitabda bu bir daha təsdiqləndi ( uşaqların nəhənglər dünyasında danışan bir ceyran balasını yeməsini qeyd etməsi ).
Mənim sevdiyim tək nöqtə, torpaq halkının olduğu hissələr idi. Mən oradakı yaşayan insanları müharibə dövründə vuruşan xalqlara oxşatdım və yazarın da o dövrdəki müharibədən ilhamlanaraq yazdığına inanıram.
Gümüş SandalyeC. S. Lewis · Doğan Egmont Yayıncılık · 20121,373 okunma
"Bütün bu olanların bir sebebi olduğunu söyleme bana, ya da her şeyin yoluna gireceğini. Bana ölmeye hazır olduğunu söyleme."
"Her şey yoluna girmeyecek. Bu olanların hiçbirinin bir sebebi yok. Ve azizler şahidim olsun ki Alina, sonsuza dek yaşamak istiyorum."
Gölge ve kemik seriyası bitirdim və bu seriya ilə Grisha aləmini keçid etdim. Ümumi seriya ilə bağlı fikirlərimi son kitab üzərindən, bütün seriyanı qiymətləndirərək yazacam. Amma əvvəla "spoiler"li hissəyə keçid etməmiş oxumaq istəyənlər üçün də ümumi fikrimi bildirəcəm.
》Kitabın baş rolları olan Alina və Malyen uşaq evində böyüyən iki dostdur. Bu uşaq evindəki uşaqları isə istedadlarına görə fərqli istiqamətlərə göndərirlər. Alina xəritəçi, Malyen isə kəşfiyyatçı kimi eyni bir orduda rol alır. Bütün məsələlər isə bu ordunun Qaranlıqlar diyarına keçidi zamanı Alinanın bilmədiyi istedanı kəşf etməsi ilə başlıyır.
Gölge ve kemik seriyası yazarın ilk yazdığı kitablardı. Böyük ehtimal ki, bununla bağlı olaraq da özünün tam istedadını bu kitablarla birgə ortaya çıxarda bilməyib. Çünki bu kitablarla birgə yaratdığı dünya çox geniş və detallıdı. Həmçinin kitabdakı bölünmüş grishaların hər birinin istedadları və onlara uyğun adları dünyaya daha da fərqlilik qatıb. Kitabın əvvəlində olan xəritə detalı və həmçinin bu yeni dünyanın fantastik hissələri olan grishaların da qısaca açıqlaması oxucunun kitaba adaptasiya sürətini artırır. Bəli bunlar mənim üçün seriyanın müsbət tərəfləri idi. Amma yazar bu qədər detallı fikirləşdiyi dünyanı tam olaraq istifadə edə bilməyib deyə düşünürəm. Kitab daha çox baş rolların ətrafında cərəyan edir ki, sözsüz bu gözləniləndi. Amma həmin istiqamətdə olan seçimlər bəzən o qədər uşaqca və məntiqsiz olurdu ki, adamda xüsusi əsəb yaradırdı. Yəni oxumaq istəyənlər çox möhtəşəm bir baş rollu kitab gözləyirsə böyük ehtimal məyus olacaq. Amma onu deyim ki, mənə görə son kitabı ilə rolların seçimləri daha yaxşılaşdı.
Spoiler
》Kitab bitdi amma yəni son kitabda bu Karanlık efendisinə əsəbləşdiyim qədər nə bilim Alinaya belə o qədər əsəb olmadım. Bir də