Fidan

Fidan

, bir kitap okudu
7/10
·209 syf.·
17 saatte okudu
·
Okunma: 10 Eylül 2023 12:37
·
2023 41. kitabı
C. S. Lewis
8.5/10 · 1.320 okunma
Reklam
7/10
·328 syf.··
2023 35. kitabı
Wulf Dorndan əvvəllər Hain yüreğim kitabı oxumuş və sevmişdim. Amma bu kitab mənə görə gerilim kitabından çox qorxu kitabı kateqoriyasında idi və buna görə də Travma kitabı bəyəndiklərim siyahısına daxil ola bilmədi. Əvvəldə qeyd olunan yazıda kitabda baş verənlərin bəzi gerçək hadisələrə əsaslandığı bildirilirdi. Bu isə həm qorxuducu həm də qəzəbləndiricidir. Çünki hadisələrin əsas rolları uşaqlardı və onlar üzərində danışalan məsələlər acı olsa da əslində bir çoxumuzun görməzdən gəldiyi gerçəklərdi. Bu kitabda mənim üçün başlıca problem əsas rollara bağlana bilməməyim və sonluğun mənim üçün tamamlanmamasıdır. Əvvəldə qeyd etdiyim kimi bir də kitabın qorxu janrında olması məni bu kitabdan təmamilə uzaqlaşdırdı.
TravmaWulf Dorn · Pegasus Yayınları · 20172,835 okunma
8/10
·192 syf.··
Beğendi
·
2023 31. kitabı
·
38 günde okudu
·
Okunma: 18 Ağustos 2023 18:14
Pinokya hamımızın bildiyi o məşhur uşaq kitabı. Kitabda oxuduğum hadisələr hər dəfə fərqli formatda izlədiyim filmləri ilə bənzər idi. Amma sonda yazar ilə bağlı olan məlumatları oxumaq kitaba daha fərqli gözlə baxmağa imkan verdi. Yazar kitabda yaşadığı dövrdə vətənində hökm sürən qüvvələrə öz fikrini alt mətn kimi olsa da qeyd eləyibmiş. Bu kitab isə ona yeni bir başlanğıc və böyük uğur gətiribmiş. Yəqin ki, əslində yazılma hekayəsini bilmədiyimiz daha neçə belə kitab var hansı ki, əslində haqqında oxumasaq daim olaraq da bilməyəcəyik.
PinokyoCarlo Collodi · Türkiye İş Bankası Kültür Yayınları · 202110,4bin okunma
7/10
·424 syf.··
Beğendi
·
2023 38. kitabı
Bu kitab yazıldığı dövrdə çox vacib yerə malik kitab olub, Jane Austenin ən sevilən kitabıdı. Bunu bilərək və əslində çox böyük inacla sevəcəyimə düşünərək bu kitabı oxudum. Amma çox təəssüf hissi ilə yazıram ki, kitab sevimlilərim arasına daxil olmadı həmçinin bəzi yerlər çox sıxıcı gəldi. Ancaq yazar qürurun bir çox zaman insana faydasından çox zərərinin dəydiyini və əgər baş verən hadisələri qəbullanmağı bacarmasaz sonun daim pis olacağı fikrini çox yaxşı verib. Qısaca bu kitab mənim kimi romantik və bir qədər klassik sayılan əsərləri sevməyənlər üçün tövsiyyə edilməsə də oxunmayacaq qədər də pis bir kitab da deyildi.
Gurur ve ÖnyargıJane Austen · Türkiye İş Bankası Kültür Yayınları · 202597,8bin okunma
8/10
·200 syf.··
Beğendi
·
2023 37. kitabı
Mənim kimi köhnə nağılları sevənlər bu kitabı çox sevəcək. Amma Tuhaf masallar kitabının içində adından da bəlli olduğu kimi bizə tanış nağıllardan fərqli olaraq baş rollarında tuhafların yer aldığı nağıllar var. Bu kitab həmçinin Bayan peregrine'in tuhaf çoçukları seriyasının yan kitabı kimi də gedir və bu nağılları toplayan şəxs də seriyamızın məşhur görünməz obrazı Millard Nullingsdir. Amma seriyanı oxumuyanlar da kitabı rahatlıqla oxuya bilər. Nağıllardan yanlızca üçüncüsü seriya ilə əlaqəlidi. Əslində o da tam olaraq kitablara bağlanmır. Belə ki, İlk Ymbryne nağılında ymbrynelərin (quş sürətinə bürünə bilən həmçinin zaman döngüləri yarada bilən qadınlar) və seriyanın qəddar sayılan obrazların hansı nöqtədən indiki zamana gəldiklərinin açıqlaması verilib. Kitab ümumi 10 nağıldan ibarətdi: Şaşaalı Yamyamlar, Çatal dilli Prenses, İlk Ymbryne, Hayaletlerle Arkadaşlık eden kadın, Cocobolo, Saint Paul'ün güvercinleri, Kabusları ehlileştiren Kız, Çekirge, Denizi zapt eden oğlan, Cuthbert efsanesi. Aralarında ən bəyəndiyim birinci nağıl Kabusları Ehlileştiren Kız oldu. Bəzən başqalarına yaxşılıq üçün etdiyimizi hərəkətlər əslində böyük yanlışlara səbəbiyyət verir və nə qədər qəribə olsa da sənə verilən bacarıqdan istifadə etməmək bəzən ən yaxşıdır. Digər xoşuma gələn nağıl isə Cocobolo oldu. Burda bir daha göstərilir ki, digərlərində fərqli olmaq sənə nə qədər çətin olsa da öz təbiətindən uzaqlaşmaq ən çox sənə xəsər yetirir. Sən özünə zülm edərik bütün çətinliklərin üstəsindən belə gəlsən o insanları səni yenə qəbul etmir. Sonda qayıtdığın yer yenə özün və səni lap əvvəldən hər halınla qəbul edən insanlar olur.
Tuhaf MasallarRansom Riggs · İthaki Yayınları · 2017598 okunma