Onun balaca bədəni sanki hansısa çox rəngli aura ilə əhatə olunmuşdu.Həmin balaca qızın ürəyinin dərinliklərində,bəlkə də,elə üzündə gələcəkdə canlıları (çox güman ki,itləri) ,məkanları və zamanı yaxşılığa doğru dəyişə biləcək insanın ruhu var idi...
Vaxt gələcək, qızım,
meyvələr budağından düşməyəcək,
nə də solmayacaq,büzüşməyəcək,
yox,qızım,biz onu yeməyəcəyik,
yeməyəcəyik deyəndə ki,
hələ ye,ananın sevə-sevə dilimlədiyi almanı,
onda meyvələr daha dadlı,
sən onda tox və ağıllı olacaqsan...
Vaxt gələcək ,qızım ,
anlayacaqsan ki,atalar övladlarını ancaq sevər,
onlara yalan deməzdi.
Bunu çox-çox sonralar biləcəksən...