Xəbər gələr daha ömrün qışından,
Soyuyarsan saçlarına qar düşər.
Ancaq köhnə kitabların içindən,
Hərdən-hərdən köhnə məktublar düşər…
Əyilərsən, götürərsən gizlicə,
Boylanarsan arvad uşaq görməsin,
Çəkilərsən otağın bir küncünə
Gizli gizli oxuyarsan hər sözü…
Bu nə sevgi məktubudu, İlahi,
İndiyəcən ağrıyır hər sözü də,.
Yazan qızın nəydi adı, İlahi,
Yaddan çıxıb sifəti də üzü də…
Oxuduqca lal sətirlər səslənər,
Yavaş-yavaş səsi düşər yadına.
Bir hərfdən qaşı düşər yadına,
Bir hərfdən gözü düşər yadına…
O gözlərdən yadigar tək varaqda,
Göz yaşının ləkəsini görərsən.
Birdən donu xışıldayar otaqda,
Pəncərədə kölgəsini görərsən…
Diksinərsən,boylanarsan qapiya,
“O kölgəni arvad uşaq gördümu?”,
Tez məktubu atarsan külqabıya,
Yandırarsan hər sözünü sətrini…
📚🔔 Tatil zili çaldı!
Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞
Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Xəbər gələr daha ömrün qışından,
Soyuyarsan saçlarına qar düşər.
Ancaq köhnə kitabların içindən,
Hərdən-hərdən köhnə məktublar düşər…
Əyilərsən, götürərsən gizlicə,
Boylanarsan arvad uşaq görməsin,
Çəkilərsən otağın bir küncünə
Gizli gizli oxuyarsan hər sözü…
Bu nə sevgi məktubudu, İlahi,
İndiyəcən ağrıyır hər sözü də,.
Yazan qızın nəydi adı, İlahi,
Yaddan çıxıb sifəti də üzü də…
Oxuduqca lal sətirlər səslənər,
Yavaş-yavaş səsi düşər yadına.
Bir hərfdən qaşı düşər yadına,
Bir hərfdən gözü düşər yadına…
O gözlərdən yadigar tək varaqda,
Göz yaşının ləkəsini görərsən.
Birdən donu xışıldayar otaqda,
Pəncərədə kölgəsini görərsən…
Diksinərsən,boylanarsan qapiya,
“O kölgəni arvad uşaq gördümu?”,
Tez məktubu atarsan külqabıya,
Yandırarsan hər sözünü sətrini…
Çəkmədim bir an belə yollarından gözümü,
Fikrinlə doldurmuşam gecəmi, gündüzümü.
Sən məndən uzaqdasan... qəlbimdə əhdimiz var:
Dünyada hansı qüvvət səni məndən ayırar!
Gözləyirəm səni mən, gözləyirəm hər anda,
Axşamın kölgəsində, üfüqlər qızaranda.
Sarı yarpaq düşəndə, isti külək əsəndə,
Gözləyirəm səni mən gəlsən də, gəlməsən də...
Rəsul Rza