Məleykə Ağayeva

Məleykə Ağayeva
@MelikeAgha
Sözlər susanda belə məna davam edirdi. T.S.Eliot
Reklam
" Burax heç olmasın məzar daşımız, bir məktəb həyətinə basdırsınlar bizi, uşaqlar qaçsın üzərimizdə. " Aziz Nesin
Zamanla bütün xırdalıqlar ortadan qalxmır. Zamanla bütün xırdalıqlar daha kiçik zərrələrə bölünərək çoxalır. Buna isə 'dərk etmək' deyilir. Xırdalığı ortadan qaldırmağa çalışan biri həqiqət aynasında var olan özünü görməmək üçün həmin aynanı qara rəngli boya ilə boyayan şəxsə bənzəyir. Daha doğrusu, elə həmin şəxsin özüdür. Biri var heç vaxt yıxılmamaq üçün özünə söykənəsən, biri də var bütün həyatın boyu özündən qaçıb adını da 'sağ, rahat və xoşbəxt qalmaq' qoyasan. Sadəcə bu günün və sabahın maddiyatının necə olacağını şüur qabiliyyəti bəxş edilməyən digər canlılar da edir. Və onlar da buna sağlıq, xoşbəxtlik və rahatlıq deyir. Kimdən alçaqdayıq, kimdən üstünük? Söhbət maddiyata gələndə piramidanın ən üstündə dayanmağı istəyirik amma söhbət mənəviyyata gələndə şüursuz varlıq da bizə birtəhər baxır. Axı bu sənə bəxş edilib. Bəlkədə 'Bəs niyə özünü mənəvi olaraq mənə bənzətdiyin halda, kimsə sənə maddi olaraq mənə bənzədiyini deyəndə həmin insana küfürlər yağdırırsan?' - deyə sual da verə bilər öz instinkti ilə. Tam olaraq nəyik axı biz? Nə olmaq üçün varıq? Nə olmaq üçün yaşayırıq? Nə olmağa çalışırıq?
Sağlık
What matters most is how well you walk through the fire. - Charles Bukowski
You see what kills your body but you don’t see what kills your soul. - Lacey Sturm
Reklam