Vaxtımın qısıtlı olmağına, qısa-qısa oxumağıma baxmayaraq əslində bütün ömrüm boyu ehtiyac duyduğum bir insanla qarşı-qarşıya əyləşərək etdiyim ən möhtəşəm söhbət kimi bir kitab idi. Oxumazdan öncə ən böyük qorxum yaddaşımı itirmək idi. Oxumağa başlayanda bu öz yerini korluğa verdi. Oxuyub bitirdikdən sonra isə korlar ölkəsində görməyi bacaran yeganə insan olmağa.
Görüləsi bir səbəb olmadığı zamanlarda görmək, ölməyə bərabər bir hissə çevrilə bilirdi.
KörlükJosé Saramago · Can Yayınları · 2015131,5bin okunma
mənim də ən böyük qorxularımdan biri yaddaşımı itirmək olub , buna görə daim bir yerlərə bir şey yazıb qaralamağa çalışıram. görəsən , bu kitabı oxuyandan sonra mənimki də dəyişər ?
O qorxu yenə qalır məncə. Sadəcə bir qorxu digərindən daha ağır gəlir insana. Əgər bir gün yaddaş itsə hisslər də itəcək və məncə hisslər söz yığınını cana, qana gətirən əsas mövhumlardı. Xatirələr xatirdə qalmayan zaman ölmüş birinin məktublarına bənzəyir. Bundan bixəbər olursan. Amma bu kitabda bəhs edilən dəhşətdir. Bixəbər olmaq üçün yalvaracaq vəziyyətə gətirir. Sonu hərçənd ki yaxşıdır. Məncə oxumağa dəyər. Dəyişib dəyişməyəcəyini o zaman anlaya bilərsən. 🍀
insan həmişə bir müəyyənliyə qaçar, müəyyən cavablar axtarar suallara. bir müəyyənlik mənimsədikdən sonra həmin müəyyənliyə qarşı fikir gördükdə qeyri-müəyyənlik qorxusu gələr və bu qeyri-müəyyənliyin gətirdiyi ağrını azaltmaq üçün narkoman narkotik vəsait istifadə edər kimi yalnız öz müəyyənliyindən bu qeyri müəyyənliyə cavab tapmağa çalışar. Oysa qeyri müəyyənliklərə ( kendi değer yargılarımıza aykırı olan yeni bakış açılarına) mənimsəmiş olduğumuz müəyyənlik tərəfdən yox, olduğu kimi baxmaq lazımdır. Kökü qeyri-müəyyənlikdən qorxu və bu anxiety-ni azaltmaq istəyindən gəlir deyə düşünürəm.
Baxır insanların xoşbəxtlik anlayışına. Baxır həmin xoşbəxtliyin hansı mövzu üzrə adlandırılmasına. Hər biri vacibdir insan həyatında. Mütləq məqamları var.
Zamanla bütün xırdalıqlar ortadan qalxmır. Zamanla bütün xırdalıqlar daha kiçik zərrələrə bölünərək çoxalır. Buna isə 'dərk etmək' deyilir. Xırdalığı ortadan qaldırmağa çalışan biri həqiqət aynasında var olan özünü görməmək üçün həmin aynanı qara rəngli boya ilə boyayan şəxsə bənzəyir. Daha doğrusu, elə həmin şəxsin özüdür. Biri var heç vaxt yıxılmamaq üçün özünə söykənəsən, biri də var bütün həyatın boyu özündən qaçıb adını da 'sağ, rahat və xoşbəxt qalmaq' qoyasan. Sadəcə bu günün və sabahın maddiyatının necə olacağını şüur qabiliyyəti bəxş edilməyən digər canlılar da edir. Və onlar da buna sağlıq, xoşbəxtlik və rahatlıq deyir. Kimdən alçaqdayıq, kimdən üstünük? Söhbət maddiyata gələndə piramidanın ən üstündə dayanmağı istəyirik amma söhbət mənəviyyata gələndə şüursuz varlıq da bizə birtəhər baxır. Axı bu sənə bəxş edilib. Bəlkədə 'Bəs niyə özünü mənəvi olaraq mənə bənzətdiyin halda, kimsə sənə maddi olaraq mənə bənzədiyini deyəndə həmin insana küfürlər yağdırırsan?' - deyə sual da verə bilər öz instinkti ilə. Tam olaraq nəyik axı biz? Nə olmaq üçün varıq? Nə olmaq üçün yaşayırıq? Nə olmağa çalışırıq?