Bu kitabda həm yalnış var, həm də qaranlıq. Fəqət, oxuyan zaman, qəribə şəkildə bir az həqiqət sezilib, bir neçə işıq şüası keçir qəlbdən. Bu kitabda xeyrin qələbəsindən bəhs olunmur, çünki adı üstündə 'yeraltından qeydlər'dir. Bu kitabda sanki müqəddəsliyə qaçmaq istəyən bir möhvum var, amma, elə həmin möhvum özü onu inkişaf etməyə qoymur. Mütləq ayıq əqidə ilə oxunulası, baş verən bütün halları bir cisimdə, bir bədəndə və əqidədə baş verdiyinə inanılası bir kitabdır. Başqa cür sadəcə sizə gündəlik kimi gələcəkdir. Və əlavə olaraq, hər kitab bir az yazardan, bir az öz mövzusundan xəbər versə də, bol-bol oxuyan insan haqqında açıq aşkar ona məlumat verir. Pis kitab yoxdur, ola bilər ki, sən axtardığını, tapmaq və düşünmək istədiyini yaxşı araşdıra bilmirsən.