Səba

9/10
·80 syf.··
Beğendi
·
2024 52. kitabı
“Oscar və Çəhrayı Xanım” çox incə, amma təsiri uzun sürən bir kitabdır. Adı ilk baxışda nağıl kitabı kimi gəlir, amma oxuduqca anlayırsan ki, bu balaca hekayənin içində çox böyük bir həyat gizlənib. Kitabın müəllifi Éric-Emmanuel Schmitt-dir, fransızdır və bu əsəri 2002-ci ildə yazıb. Hekayə uydurmadır, amma içindəki duyğular o qədər gerçəkdir ki, insan sanki bu uşağı, Oscar’ı, hardasa bir xəstəxana otağında özü görüb tanıyıb kimi hiss edir. Oscar on yaşında bir oğlandır və ağır xəstədir. Onun həyatının son günləridir. Amma bu günlərdə o, bir könüllü qadınla – Mamie-Rose, yəni Çəhrayı Xanım ilə tanış olur. Bu qadın ona təklif edir ki, hər gün Allah’a məktub yazsın və sanki hər günü on il kimi yaşasın. Oscar bunu oyun kimi qəbul edir və bu məktublarda qocalır, aşiq olur, evlənir, küsür, barışır – qısacası, dolu bir insan həyatı yaşayır, cəmi on iki gün ərzində. Amma o qədər canlı, o qədər təsirli yaşayır ki, biz oxucular kimi onunla böyüyürük. Kitab çox qısadır, amma oxuyandan sonra uzun müddət adamın içində qalır. Həm ölümə, həm Allaha, həm də uşaqlara fərqli gözlə baxmağa vadar edir. Bu, nə təbliğatdır, nə də süni duyğular – sadəcə, həyatın özü qədər sadə və ağrılı həqiqətlərdir. Və ən maraqlısı budur ki, Oscar ölümə hazırlaşarkən həyatın özünü daha çox anlayır. Hər şeyə uşaq gözüylə baxsa da, dedikləri bəzən böyük adamlardan da daha yetkin olur.
Oskar və Çəhrayı XanımEric Emmanuel Schmitt · Qanun Nəşriyyatı · 2020730 okunma
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
8/10
·94 syf.··
Beğendi
·
2025 19. kitabı
·
8 günde okudu
·
Okunma: 07 Haziran 2025 18:37
Oscar Wilde-ın “Önəmsiz bir qadın” pyesi cəmiyyətin qadınlara və ümumilikdə insanlara necə yanaşdığını sorğulayan bir əsərdir. Burada “önəmsiz” adlandırılan qadın – Mrs. Arbuthnot – əslində ləyaqəti, gücü və səmimiyyəti ilə əsl mənəvi üstünlük nümayiş etdirir. Cəmiyyət isə onun keçmişini bağışlamır, tək qalmasını öz seçimi deyil, bir cəza kimi görür. Əsərdə diqqətimi çəkən hissələrdən biri Mrs. Arbuthnot-un dediyi bir fikirdir: “Qadınlara qarşı ən zalım olanlar yenə də qadınlardır.” Bu ifadə sərt görünsə də, onun yaşadıqları fonunda düşündürücü bir gerçəklik daşıyır. Tərk edilmiş bir ana olaraq o, illərlə başqa qadınların qınağı və susqun hökmləri ilə qarşılaşıb. Bu isə qadın həmrəyliyi anlayışını, elə bu günümüz üçün də aktual olan bir məsələni sual altına alır. Digər bir maraqlı və düşündürücü məqam isə oğlunun – Gerald-ın – atasının Lord Illingworth olduğunu öyrəndikdən sonra anasına onunla evlənməyi təklif etməsidir. İlk baxışda bu qəribə görünür. Amma bəlkə də Gerald anasının cəmiyyətin gözündə “təqsirsiz” görünməsini istəyirdi. Onun fikrincə, bu evlilik hər şeyi “düzəldə” bilərdi. Amma Mrs. Arbuthnot üçün bu artıq keçilmiş bir yol idi. Onun üçün hörmət, ləyaqət və daxili sədaqət rəsmi evlilikdən daha dəyərlidir. O, cəmiyyətin fikrinə deyil, öz vicdanına əsaslanaraq qərar verir. Bu da onu əsl mənada güclü bir obraz edir. Wilde-ın əsərdəki ironik və sarkastik üslubu, kişilərlə qadınlara fərqli yanaşmaları tənqid etməsi də diqqətəlayiqdir. Məsələn, “kişilər evlənməkdən yorularaq, qadınlar maraqla evlənir, amma hər ikisi də məyus olur” kimi cümlələr cəmiyyətin evlilik anlayışını tənqid edən incə bir zarafatdır, amma eyni zamanda reallığı da göstərir. Əsl qurtuluşun nə zaman mümkün olacağı ilə bağlı düşünəndə isə belə bir nəticəyə gəlirəm: İnsanlar bir-birini
Önemsiz Bir KadınOscar Wilde · Kapra Yayıncılık · 20216,7bin okunma
8/10
·64 syf.··
Beğendi
·
2025 18. kitabı
Benjamin Buttonun Tuhaf Hikayesi – Zamanın İçində Tərsinə Yalnızlıq (F. Scott Fitzgerald, 1922) Benjamin Buttonun hekayəsi ilk baxışda qəribə görünə bilər – bir insanın yaşlı doğulub uşaq kimi ölməsi. Amma əslində bu, zamana uyğunlaşa bilməyən bir insanın özlüyünə sadiq qalmaq uğrunda verdiyi səssiz bir mübarizədir. Fitzgerald bu qısa hekayə ilə bizə sual verir: Cəmiyyət nəyi qəbul edir və nəyi rədd edir? Və biz niyə bununla barışmalıyıq? Benjaminin görünüşü ilə iç dünyası heç vaxt üst-üstə düşmür. Amma bu fərqlilik onun üçün yox, cəmiyyət üçün problemdir. Onu sevmirlər, çünki göründüyü kimi davranmır. Bəs nə fərqi var? Əgər bir insan özünü uşaq kimi hiss edirsə, niyə qoca kimi sakit olmalı, yük daşımalı, əylənməkdən imtina etməlidir? Benjaminin günahı nədir axı – təbiətin ona verdiyi fərqli zamansallıqmı? Əsərin ən təkir edici hissəsi isə budur: Benjaminin həyatı yalnız o “orta yaş” mərhələsində “normal” sayılır. O zaman görünüşü və davranışı cəmiyyətin qəliblərinə uyğun gəlir. Və nə baş verir? İnsanlar onu sevməyə, dəyər verməyə başlayır. Deməli, bizə biz olduğumuz üçün yox, cəmiyyətin istədiyi şəkildə olduğumuz zaman dəyər verilir. Əslində isə Benjaminin hekayəsi, cəmiyyətin fərqliliyi necə əzdiyinin, normadan kənara çıxanları necə tək buraxdığının simvoludur. Onun kimi olmaq – bir ömür boyu anlaşılmamaq, qəlibə salınmaq və sevilmək üçün dəyişməyə məcbur edilmək deməkdir. Bu əsərdə çox aydın görünür ki, bir insanın daxili dünyasının istəyinə qarşı gəlinir. Çünki cəmiyyətə görə əsas olan görünüşdür. Halbuki ətrafımızda saysız “Benjamin”lər var – içində fərqli hiss edən, amma üzərinə geyindirilmiş sosial rollara uyğunlaşmaq məcburiyyətində qalan insanlar. Mən onlara “görünməz Benjaminlər” deyirəm. Onlar hər yerdədir. Sadəcə görünmürlər… Çünki cəmiyyət onları
Benjamin Button'ın Tuhaf HikayesiF. Scott Fitzgerald · Kızıl Panda · 202127,9bin okunma
8/10
·78 syf.··
Beğendi
·
2025 16. kitabı
·
13 saatte okudu
·
Okunma: 16 Mayıs 2025 23:05
Tommazo Kampanellanın "Günəş Ölkəsi" əsəri ilk baxışda ideal və ədalətli bir cəmiyyət təsviri kimi görünür, amma oxuyarkən məndə daha çox narahatlıq yaratdı. Ən çox qadınlara münasibət məni dəhşətə gətirdi – sanki onlar yalnız süni şəkildə seçilən və “uşaq doğmaq üçün proqramlaşdırılmış” varlıqlardır. Seçim haqları, fərdi iradələri yox səviyyəsindədir. Bu yanaşma mənə mexaniki və insanlıqdan uzaq gəldi. Üstəlik, əsərdə "azad cəmiyyət" qurulduğu iddia olunur, amma insanlar əslində heç nədə azad deyillər. Kiminlə evlənəcəklərinə, nə zaman uşaq sahibi olacaqlarına, necə yaşayacaqlarına qədər hər şey dövlət tərəfindən idarə olunur. Hökmdar və digər rəhbərlər xalqın seçimi ilə yox, “müdriklərin qərarı” ilə təyin olunur – yəni yenə də qərar verənlər elita təbəqəsidir. İnsanlara isə sadəcə uyğunlaşmaq qalır. Düzdür, bu cəmiyyətdə insanlar bir-birinə paxıllıq etmir, “quyusunu qazmır”, amma bunun səbəbi onların mərhəmətli olması deyil – sadəcə fərqlilik yoxdur ki, paxıllıq da olsun. Qaydaları pozanlar isə çox sərt şəkildə cəzalandırılır – bu artıq utopiya deyil, totalitar rejim çalarıdır. Məsələn, düşüncəsinə görə sistemdən kənarlaşan biri "sıradan çıxmış" kimi ya cəzalanır, ya da ictimai işlərə məcbur edilir. Ədalət var, amma duyğusuz və soyuq şəkildə. Mənə elə gəldi ki, bu “Günəş Ölkəsi” parlaq görünür, amma içində kölgələr çoxdur. Əgər bu cəmiyyətdə həm fərqlilik, həm də azadlıq qorunaraq insanlar yenə də bir-birinə paxıllıq etməsəydi – bax onda bu, həqiqətən də ideal bir sistem olardı. O zaman bu “Günəş” doğrudan da istilik və həyat verərdi; yoxsa belə – nə azadlıq var, nə də doğrudan gələn işıq.
Güneş ÜlkesiTommaso Campanella · Kapra Yayıncılık · 20214,679 okunma
9/10
·288 syf.··
Beğendi
·
2025 11. kitabı
·
59 günde okudu
·
Okunma: 18 Nisan 2025 21:33
Maksim Qorkinin “Çocukluğum” əsəri onun avtobioqrafik trilogiyasının ilk hissəsidir və yazıçının uşaqlıq illərini əks etdirir. Əsərdə balaca Alekseyin (yəni Gorkinin) çətin, amma mənəvi cəhətdən formalaşdırıcı uşaqlıq dövrü təsvir olunur. Yazıçı ailə içi münaqişələri, yoxsulluğu, zorakılığı və həm də nənəsinin mehribanlığını ustalıqla birləşdirərək o dövrün Rusiyasını oxuculara təqdim edir. Mənə görə ən yaddaqalan obrazlardan biri nənədir. Nənə illər ərzində həm psixoloji həm fiziki işgəncə görüb . Lakin o qədər mərhəmətli və humanist xarakterə sahibdir ki, bunların heç biri onu sərtləşdirə bilməyib. Əlavə olaraq nənə və baba arasındakı münasibətlərə toxunmaq olar. Baba nənəni fiziki şiddətdən heç vaxt “məhrum etmir”. Amma bəzən də bir-birini yalnız özləri anlayır, baba çox sərt obraz olsa da, dərd ortağına onun da ehtiyacı olur və belə anlarda o, məhz həyat yoldaşına pənah edir. Dayılar özlərindən zəif olan insanları əzməyə çalışır, onlara qətiyyən hörmət etmir və onların başına açdıqları oyunlara görə heç vaxt vicdan əzabı çəkmirş Nəinki özlərindən zəiflərə qazrşı bu qardaşlar valideynlərinə də əl qaldırırdı. Onları belə olmasını səbbi nə idi? Lakin bu heç bir halda zorakılığı haqq qazandıra bilməz. Əsər mənə göstərdi ki, insanın ətrafı onun davranışlarını çox təsirləndirsə də, insan seçimini özü edir — ya mərhəmətli, ya da zalım olmaq arasında. Bütün bunlar isə məsum bir uşağın gözləri önündə olur. O nadinclik edir, daim yeni şeylər tapır hansı ki, başına bəla gətirəcək. Məncə bir növ bu hərəkətlər uşağın sistemə və taleyinə etirazı, üsyanı idi. Əsərin əsas ideyası insanın, xüsusilə uşağın, ətraf mühitin təsiri altında necə dəyişdiyini və formalaşdığını göstərməkdir. Alekseyin saf baxışları ilə təqdim olunan həyat hadisələri oxucuda həm kədər, həm də
ÇocukluğumMaksim Gorki · Ema Kitap · 201719,7bin okunma