Səba

8/10
·78 syf.··
Beğendi
·
2025 16. kitabı
·
13 saatte okudu
·
Okunma: 16 Mayıs 2025 23:05
Tommazo Kampanellanın "Günəş Ölkəsi" əsəri ilk baxışda ideal və ədalətli bir cəmiyyət təsviri kimi görünür, amma oxuyarkən məndə daha çox narahatlıq yaratdı. Ən çox qadınlara münasibət məni dəhşətə gətirdi – sanki onlar yalnız süni şəkildə seçilən və “uşaq doğmaq üçün proqramlaşdırılmış” varlıqlardır. Seçim haqları, fərdi iradələri yox səviyyəsindədir. Bu yanaşma mənə mexaniki və insanlıqdan uzaq gəldi. Üstəlik, əsərdə "azad cəmiyyət" qurulduğu iddia olunur, amma insanlar əslində heç nədə azad deyillər. Kiminlə evlənəcəklərinə, nə zaman uşaq sahibi olacaqlarına, necə yaşayacaqlarına qədər hər şey dövlət tərəfindən idarə olunur. Hökmdar və digər rəhbərlər xalqın seçimi ilə yox, “müdriklərin qərarı” ilə təyin olunur – yəni yenə də qərar verənlər elita təbəqəsidir. İnsanlara isə sadəcə uyğunlaşmaq qalır. Düzdür, bu cəmiyyətdə insanlar bir-birinə paxıllıq etmir, “quyusunu qazmır”, amma bunun səbəbi onların mərhəmətli olması deyil – sadəcə fərqlilik yoxdur ki, paxıllıq da olsun. Qaydaları pozanlar isə çox sərt şəkildə cəzalandırılır – bu artıq utopiya deyil, totalitar rejim çalarıdır. Məsələn, düşüncəsinə görə sistemdən kənarlaşan biri "sıradan çıxmış" kimi ya cəzalanır, ya da ictimai işlərə məcbur edilir. Ədalət var, amma duyğusuz və soyuq şəkildə. Mənə elə gəldi ki, bu “Günəş Ölkəsi” parlaq görünür, amma içində kölgələr çoxdur. Əgər bu cəmiyyətdə həm fərqlilik, həm də azadlıq qorunaraq insanlar yenə də bir-birinə paxıllıq etməsəydi – bax onda bu, həqiqətən də ideal bir sistem olardı. O zaman bu “Günəş” doğrudan da istilik və həyat verərdi; yoxsa belə – nə azadlıq var, nə də doğrudan gələn işıq.
Güneş ÜlkesiTommaso Campanella · Kapra Yayıncılık · 20214,679 okunma
Abbas Abdullayev isimli okura yanıt verildi
Səba
Əlbəttə sizin fikrinizdir. Lakin 1.Qadın/kişi fərq etmir məncə heç bir insanın qəlibləşmiş məcburi vəzifəsi yoxdur. İnsanların öz iradəsi var. 2.Əsərdə həm qadın həm kişilərin nəsil artırma funksiyası məcburiləşdirilir və istifadə olunur.
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Yeni!
Artıq PDF paylaşımları dayandırıldı. İnşəAllah çox yaxın zamanda kitab rəflərində satışa çıxacaq.
1000Kitap

Nəimi

@neimi2000
·
Tezlik satışda.
Tezliklə satışda. *** Şübhə nə qədər təhlükəlidirsə, güvən də bir o qədər təhlükəlidir. Düşünün. Ətrafınızda olan dostlarınızı düşünün. Neçəsi sizin üçün canından keçər? Gec olmadan düşünün. Çünki mən gecikdim. Artıq geri dönüş yolum yoxdur. Ən yaxın dostum ən böyük düşmənimə çevrildi. Mən bunun fərqinə varanda, əlimdə heç nəyim qalmamışdı... Bilmədim, o qədər heç nəyə önəm vermədən, həzz üçün yaşadım ki, dostumun nələr yaşadığını, çətində olduğunu bilə bilmədim. Bildim... Bildim, önəm vermədim... Elə buna görə də yaşadıqlarımda günahkar bəlkə də özüməm... *** Canımı belə verəcəyim dostlarım sözlərimi ciddiyə belə almadı. Uçurumun kənarındaykən məni itələyən əllər onlarınkı oldu. Bəlkə də sevinməliyəm, çünki bu içimdəki gerçək, qaranlıqda gizlənmiş yanımı tapmağıma səbəb oldu. *** Niyə Murad, niyə? Niyə mənə olan sevgini etiraf etmək üçün ölümü şahid seçtin? Bilmirdin mi sevginin ölüm qarşısında kölgədən fərqsiz olduğunu? Atam mənim, sənsə ruhumla qəlbimin cəlladı oldun... *** Elə bir peşə seçdim ki, ölümlə yoldaş oldum. Elə bir qıza sevdalandım ki, ölümlə sirdaş oldum. Elə birini tanıdım ki, onunla qardaş oldum. Amma bilmədim, sonda ölüm onunla məni səhv salacaq. *** Ayağımı vətənim aldı, namusumu qadınım, oğlumu isə vəfasız qədər. İndiysə qızımı almaq isdəyirlər... Kimisi yaşamaq, kimisi ölmək istər, ama mən heç birini istəmədim. Çünki qızını o halda görən hər bir ata nə ölərək onu tək qoymaq, nə də yaşayaraq hər gün ölmək istər.
Edebiyat
Səba
Salam, pdfi göndərə bilərsiniz zəhmət olmasa