Əsər Stephen-ın həyatı boyu axtardığı, ona ünvanlanan, həyatboyu insanları maraqlandıran on əsas sualın üzərində qurulub.
Hawkings, bu qədər mürəkkəb və qarışıq olan elmi, bu sahə ilə bağlı heç təcrübəsi və biliyi olmayan birinə çox gözəl və sadə izah edir. Əgər kitabın çox qəliz olacağını düşünüb uzaq düşmüsüzsə, mütləq alın deyərəm. Xüsusi ilə də, #yuvalnoahharari və elmi-kütləvi ədəbiyyatı bəyənirsizsə, sözsüz ki, bu kitab da sizin üçün əvəzsiz olacaq.
Sualların cavabları Hawkings-in elmi araşdırmaları və öz həyatı ilə sintenzi şəklində oxuyucuya təqdim olunur. Haşiyəyə çıxaraq, alim haqqında hələ izləməmisizsə “The Theory of Everything” izləməyi tövsiyə edirəm.
O insanlara daim maraq içində olub araşdırmağı, zamanda səyahət edəcəyimiz dünyanın görmək istəyəcəyimiz kimi bir yerə çevirmək üçün daim çalışmalı olduğumuzu aşılamağa çalışıb. Hawkings elmi kəşfləri ilə #alberteinstein -dən sonra ikinci alim hesab olunur.
Əgər Yer kürəsində yaşamaq istəyiriksə, dərhal onun üçün nəsə etməliyik. İnsan yaşadığı həyat olan planeti məhv edir və bunun bizdən asılı olan və olmayan səbəbləri var. Odur ki, bizdən asılı olan və bərpa edə biləcəyimiz mövzularda hərəkətə keçmək lazımdır- iqlim dəyişikliyi/ qlobal istiləşmə. #greenhouseeffect , tezliklə texnoloji və siyasi həllərlə zərərli qazların, tullantıların qarşısı alınmalıdır. Qlobal istiləşmədən daha təhlükləli təhdid isə nüvə savaşlarıdır. Hawkings, texnoloji bir həll tapılmazsa dünyanın sadəcə 1000il ömrü qaldığı fikrini təəssüf içində irəli sürür.
Xülasə, mən zövqlə oxudum! Sizə də xoş mütaliələr!