Minira Abasova

Minira Abasova
@Minira
Qadınlar ağrıya və təhlükəyə səbirlə dözməyə kömək edə biləcək fiziki qüvvəyə nadir hallarda malik olurlar. Lakin onlara xas olan bir cəhət vardır: belələri risk etdikləri yaxud əzab çəkdikləri dəqiqələrdə , tez-tez özlərində mənəvi qüvvə hiss edə bilirlər.
Sayfa 120 - Qanun nəşriyyatı·Kitabı okudu
Kitap Alıntısı
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Ən böyük paradoksda bax budur da : müdrik və elmli insanlar özlərini heç nə bilməyən hesab etdikləri halda ,cahil axmaqlar özlərini hər şeydən başları çıxan müdrik və alim hesab edirlər.
Sayfa 165 - Qədim Qala·Kitabı okudu
Alıntı
Doğrudanmı,anlamırsınız,millətçilik,dini radikalizm -bütüb bu amillər həmişə siyasətçilərin əlində bir alət olub. Stepan Radiç,Starçe Viçin, Frank, Kvaternik -hamısı siyasi ambisiyalarına görə, partiyalarının hakimiyyətə gəlməsi üçün bu cür şüarlardan istifadı ediblər . Daha pisi isə budur ki, bizim kimilər də onların tələsinı düşürlər. Onlar bizim boğazımıza ip bağlayıb,belimizdə oturublar və yüyənimizi də əldən buraxmırlar . Millətçilik şüarlarını da qarşımızda bir çəngə ot kimi sallayırlar. Biz ağzımızı o ota çatdırmaq üçün can atırıq, onlar isə bizi istədikləri tərəfə sürürlər.
Sayfa 164 - Qədim Qala·Kitabı okudu
Alıntı
Hər hansı bir xalqı məhv etmək üçün ilk növbədə onu müstəqil xalq deyil,törəmə olduğuna inandırmaq lazımdır.
Sayfa 163 - Qədim Qala·Kitabı okudu
Alıntı
Siz insanlar arasında yayılmış əsası olmayan fikirlər , şit lətifələr əsasında qəzavət edirsiniz. Dinlər nə zaman müsəlmanlara və ya xristianlara bir-biriləri ilə mübahisə etməyi , müharibə başlatmağı, elm və inkişaf dalınca getməməyi əmr edib? Bir dənə ilahi ayəni mənə misal çəkin. Bir müqəddəsin bu barədə buyruğunu göstərin. Xəbəriniz var ki, dünyada başladılan müharibələrin yarıdan çoxu müstəmləkə siyasəti, işğal məqsədi ilə dini inancı olmayan şəxslər tərəfindən törədilmişdir? Deməli, əksər qətllər, müharibələr qeyri-dini səbəblərdən qaynaqlanır. Xəbəriniz var ki, dünyada baş vermiş müharibələrin hamısında elmdən,texnikadan,tərəqqidən digər xalqları ,dinc əhalini məhv etmək üçün istifadə etmişlər?! Onda nə edək, elmi inkar edək, milyonlarla insan tələfatına,minlərlə şəhərin dağılmasına səbəb olduğuna görə elmi-texniki tərəqqini tərk edək?! Bu elm bəşəriyyət üçün bir çox faciələrə yol açdığına görə elmi gətirən alimləri , mütəfəkkirləri lənərləyək və haqlaeında təhqiramiz lətifələr qoşaq?!
Sayfa 156 - Qədim Qala·Kitabı okudu
Alıntı