Leman Abas

Leman Abas
Səni sevmiş bir qadın başqa kişilərə bir qədər nifrətlə baxmaya bilməz, bu sənin başqalarından daha yaxşı olduğundan deyil, yox, yox! Sənin təbiətində nə isə yalnız sənə məxsus olan ayrıca bir şey var, qürura bənzər əsrarəngiz bir şey var; sənin səsində hakimiyyət var; sənin kimi heç kəs daima sevilmək istəməyir, bacarmır; yamanlıq heç kəsdə bu qədər xoş olmur; heç kəsin baxışı bu qədər zövq və həzz vəd etmir, öz üstünlüklərindən bundan daha yaxşı istifadə etməyi heç kəs sənin qədər bacarmır və heç kəs bu qədər həqiqi surətdə bədbəxt ola bilməz; çünki heç kəs özünü bunun əksinə inandırmağa bu qədər çalışmır.
Reklam
Mən hələ uşaqkən anam mənim haqqımda bir qarıya fal açdırmışdı: qarı mənim xain bir qadın əli ilə öləcəyimi söyləmişdi; o zaman bu, məni dərindən heyrətləndirmişdi; qəlbimdə evlənməyə qarşı silinməz bir nifrət doğdu.
Mən evlənməkdən başqa hər bir fədakarlığa hazıram; həyatımı, hətta namusumu belə iyirmi dəfə təhlükəyə qoyaram... Lakin azadlığımı satmaram...
Sayfa 164·Kitabı okudu
Elə bir qadın baxışı yoxdur ki, cənub günəşinin şəfəqləri ilə yaşıla boyanmış yaşıl bağları və mavi göyü gördüyüm, yaxud bir sıldırım qayadan o birinə tökülən selin gurultusuna qulaq asdığım zaman onu unutmamış olum.
Sayfa 117·Kitabı okudu
Mənə bir şey daima qəribə gəlir; heç vaxt sevdiyim qadına qul olmuram; əksinə həmişə əsla səy etmədən onların iradə və qəlbləri üzərində yenilməz bir hakim kəsilirəm. Nə səbəbə görə? Heç vaxt və heç nəyi o qədər də qiymətli tutmadığıma görəmi, yoxsa onlar məni əldən çıxarmaqdan hər dəqiqə qorxduqlarına görəmi? Bəlkə də bu qüvvətli bir orqanizmin cəzbedici təsirindən irəli gəlir? Ya sadəcə olaraq inadkar xarakterə malik bir qadına təsadüf etməyə müvəffəq olmamışam?
Sayfa 116·Kitabı okudu
Reklam