Aytaj Akber

Bu kitabı tərəddüd etmədən oxuyun.
Puan vermedi·160 syf.··
2023 5. kitabı
·
8 günde okudu
·
Okunma: 09 Kasım 2023 20:49
Kitabı bitirəndə boğazım düyünləndi. Bh kitab Azərbaycanın keçdiyi çətin yolu mənə hiss etdirdi. Kaş, biz öz qəhrəmanlarımıza, mübariz insanlarımıza, Yalama hadisəsinə, orda canından keçənlərə laiqli qiymət verə biləydik. Onlar haqqında filmlərimiz, cizgi filmlərimiz, kitablarımız daha çox olsaydı. Müasir azərbaycanlı yazarların kitablarını oxuduqda əsasən dil, bədiilik sadə, kobud desək kasad gəlir mənə. Bəlkə də çox oxumamışam deyə bu qənaətdəyəm bilmirəm. Bu kitab isə fikrimcə çox gözəl yazılmışdı. Axıcılığı əla, dili doğma idi, heç yad səslənmirdi. Sənədli povest olduğunu bir daha nəzərinizə çatdırım, tarixi məqamlara sənədli şəkildə yer ayrılıb. Əminəm ki, zövq alacaqsınız. Xoş mütaliələr.
YalamaArif Aliyev · Altun Kitab Nəşriyyatı · 201743 okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim

Aytaj Akber

, bir kitap okudu
Puan vermedi·160 syf.··
8 günde okudu
·
2023 5. kitabı
Arif Aliyev
8.6/10 · 43 okunma
… Nədir Vətən? Qarabağın sıldırım qayaları? Xaçmazın alma bağları? Samurun köpüklü suları? Abşeronun fontan vuran quyuları?” Xeyr! Vətən daş deyil, ağac deyil, su deyil, neft quyusu deyil! Bunların hamısını özünə birləşdirən, Vətən edən insandır.… Mənimçün məzarda yatan atam və qardaşım, anam, hamilə arvadım, qucağıma götürmək arzusunda olduğum övladım, hər zaman azad və ləyaqətli görmək istədiyim millətim, bax bu brezentin altına doluşmuş əsgər yoldaşlarım Vətndir. Mən onları heç vaxt köməksiz qoymaram, heç vaxt danmaram, satmaram, heç vaxt məyus etmərəm…

Aytaj Akber

, bir kitap okudu
Puan vermedi·144 syf.·
23 saatte okudu
·
2023 4. kitabı
Elay
8.5/10 · 68 okunma

Aytaj Akber

, bir kitabı yarım bıraktı
Olga Tokarczuk
7.8/10 · 877 okunma