QƏDİM SANSKRİT ƏLİFBASINDA yazılmış mənbələrin birində qadının bir ev, evin isə cəmiyyətin əsası olduğu deyilir. Bu isə bizim evimizi tikməklə ölkəmizi, cəmiyyətimizi də qurduğumuzu göstərir.
Bu dünyada ali mənanın olmadığını düşünmüşəm, düşünürəm də. Amma yenə onda nəyinsə bir məna kəsb etdiyini də bilirəm və bu - insandı, çünki yalnız o, mənaya qarşı tələbkardır.