Distopiya kitabları insana içində olduğu həyata daha incə bir nöqtədən baxmağa imkan verir. Lakin bir müddət sonra bu kitablar təkrar olunmağa başlayır. Fərqli bir baxış vermir, sistemin eyni incə nöqtələrini göstərir. Bu kitab 1984 oxumuş biri üçün çox səthi gəlir. Müqayisə aparmaq fikrində deyiləm. Lakin məndə oyatdığı təəssürat, yazıçı bir ideya tapıb, distopik dünyanı qurub, amma o detallı təsviri görmək mümkün deyil. Sanki yazıb, ancaq tez bitirmək istəyib. Mövzu kitablarla bağlıdır deyə, zənnimcə bir çox kitab oxuyanın incə tellərindən vurur. Paraleldə isə o qədər dərin bir təəssürat oyatmadı. Yeni Cəsur Dünya kitabını daha çox hiss etdirsə də, hadisələrin mahiyyətini və dərinliyini onun qədər əks etdirmir. Distopiyaya yeni başlayanlar üçün giriş kitabı ola bilər, lakin sona saxlayırsınızsa, sadəcə oxumuş olacaqsınız.
Dostlar, bir kitabı bitirmək üçün özünüzü necə motivasiya edirsiniz? Ps: söhbət sıxıcı, ağır dili olan kitabdan gedir. Arkadaşlar, bir kitabı bitirmek için kendinizi nasıl motive ediyorsunuz? Not: yorucu, ağır bir dili olan bir kitaptan bahsediyoruz.