İsmayıl Məmmədov

İsmayıl Məmmədov
@Mr_Psychologist
Dünyanı dəyişən qığılcımlar.
7/10
·224 syf.··
2026 5. kitabı
·
8 günde okudu
·
Okunma: 09 Haziran 2026 11:07
Dünyanı dəyişən qığılcımlar. Belə bir başlıqdan istifadə etməyimin əsas səbəbi bu kitabda sadəcə təqdim olunan çıxışları oxumaqla qalmayıb, daha geniş bir bucaqdan baxmağa çalışmağımla bağlıdır. Kitabda demək olar ki, son iki əsrə aid daha çox siyasi xadimlərin çıxışları qeyd olunub. Bu çıxışları qığılcım adlandırmağımın səbəbi həmin dönəmdə ən lazımı anda edilmiş çıxışlar olmasıdır. Əgər dəyişmək üçün lazımi şərait olmasa idi bu çıxışlar bir əhəmiyyət kəsb etməyəcəkdi. Baş verən bütün hadisələr uzun müddətli proseslərin nəticəsində baş verir. Bizə təqdim olunan nitqlər baxış bucağımızı genişləndirməklə yanaşı həm də müəyyən tarixi hadisələrə işıq salır. Lakin yenə də bu çıxışların tərtibatında cüzi də olsa qərəz müşahidə etmək mümkündür. Həm incə nüanslara toxunuşları, həm həmin natiqlərin üslubları bir natiqlik dərsi mahiyyəti daşıyır. Bu kitabdan daha çox zövq almaq və daha çox faydalı olması tarixi bir maraq və bilik tələb edir.
Dünyanı Dəyişən NitqlərQılıncxan Bayramov · Qanun Nəşriyyatı · 202011 okunma
“Kötü bir anıyı unutmanın en iyi yolu güzel bir tanesiyle değişmektir.”
10/10
·320 syf.··
Beğendi
·
2026 4. kitabı
·
20 günde okudu
·
Okunma: 18 Nisan 2026 07:13
Kitabları müxtəlif məqsədlər üçün oxuyuruq. Vaxtımızı səmərəli keçirmək, yeni biliklər öyrənmək, müəyyən mövzuda özümüzü təkmilləşdirmək, mütaliədən zövq almaq və s. Bu kitab praktik olaraq müəyyən bir məqsədlərə yönəlmişiksə və bunun üçün kömək olacaq bacarıqlar axtarırıqsa, məhz onun üçündür. Kitabda davranışlarımızı necə dəyişə bilərik, davranışlarımızın altında yatan səbəblər, yenini necə qazanmaq haqqında praktik məlumatlar verilir. Həyatınızda nələrisə dəyişməyə hazırsınızsa və bunun kömək istəyirsinizsə çox mükəmməl kitabdır. Lakin məhz kitab oxumaq üçün oxumaq bu kitaba haqsızlıq olar.
Kitap
Atomik VərdişlərJames Clear · Qanun Nəşriyyatı · 202121,1bin okunma
Zaman
10/10
·272 syf.··
Beğendi
·
2024 23. kitabı
·
4 günde okudu
·
Okunma: 15 Eylül 2024 17:09
Bəzi kitablar uşaq kitabı adı ilə, içində uşaq olan daha doğrusu, uşaqlığı ilə bağlı unutmadığı, unutmaq istəmədiyi xatirələri olan insanlar üçün yazılır. Hər sətirdə, hər səhifədə öz uşaqlığına, öz xəyallarına və yaşantılarına geri qayıdır. Bu kitabın əsas xüsusiyyəti zaman anlayışı və ona uşaq gözü ilə baxmaqdır. Müasir dövrdə sosial mediada kontent yaradıcılarının böyük əksəriyyəti zamanın idarə olunması, effektiv dəyərləndirilməsi kimi kontentlər yaradır, bu kitabda vurğulandığı kimi zamana qənaət etməkdən danışır. Əsas sual qənaət edilən zaman nə üçün istifadə olunmalıdır? Xəyal qurmaq, xoş xatirələr toplamaq, əylənmək, kəşf etmək bunlar üçün, yoxsa? Daha çox pul qazanmaq, daha çox oxumaq, daha çox çalışmaq? Kitab 1973 - cü ildə nəşr olunub və yazıçı bir çox mükafata layiq görülüb. Əslində kitab bu günü daha çox təsvir edir, hazırkı dövrdə hər kəs məşğuldur. Ən önəmlisi məşğul olmayan insanlar "asudə" olan zamanlarını da necə keçirəcəklərini bilmirlər. Bu kitabı əslində istər valideynlər, istərsə də digər şəxslər oxumalıdır bu sayədə ətrafın üstümüzdə yaratdığı yanlış zaman qavrayışını aşa bilərik. Zaman bizim üçün dəyərli olan insanlarla bölüşdüyümüz zaman dəyərlidir. Bir çox valideynlər uşaqlarının necə tez böyüdüyünü bilmir, gələcəkdə hər zaman edə biləcəyi işlər üçün, izləyə biləcəyi, görə biləcəkləri üçün övladlarına olan diqqət və qayğını kənara qoyurlar. Halbuki zaman keçir və əsla geri qayıtmır. Bu zamanda yaşanan duyğu başqa bir zamanda mümkün olmur. Bu gün uşağınızın sevinc anında olan duyğunu bölüşmədikləri təqdirdə heç bir zaman o imkan olmayacaq. Bu kitab zamanın dəyərini daha çox qazanmaq formasında deyil, daha çox bölüşmək formasında izah edir. Bir digər toxunulan nöqtə uşaqların xəyal dünyası və oyuncaqlarla bağlıdır, müasir dövrdə oyuncaqların və
Kitap
MomoMichael Ende · Qanun Nəşriyyatı · 201982,2bin okunma
8/10
·264 syf.··
2024 18. kitabı
·
23 günde okudu
·
Okunma: 10 Haziran 2024 09:28
Hikmet Anıl Öztekin YouTube platforması vasitəsilə tanımışam, onun ilk videolarını izləyənlər bu kitabla daha rahat bağ qura bilər. Bağ qurmaq dedim çünki bu kitab tamamilə bununla bağlıdır. Rasional düşüncəyə daha çox üstünlük verən insanlar üçün səthi bir kitab olaraq gələ bilər. Kitabın içində də bu ziddiyyəti görmək mümkündür. Yazıçı rasional düşüncəni, fərqində olmağı kəlimlərdə ifadə etsə də, əslində kitab tamamilə emosional zəmin üzərində qurulub. Kitab sözü keçən axtarış əslində mənəvi bir axtarışdır. Bu ikisi arasında bağ qurmağa çalışılsa da tam əhatə olunduğunu deyə bilmərəm. Kitabın müəyyən hissələri bir aydınlıq gətirsə də, alt zəmində oxuyub keçirsən. Yazıçının avtobioqrafik obrazının bir qədər şişirdildiyini düşünürəm, xüsusilə James obrazı tərəfindən, çünki psixologiyada insan şəxsiyyətinin inkişafının üç aspektindən biri insanın şəxsi fəallığıdır. James öz şəxsi fəallığından daha çox yazıçının fəaliyyətini qiymətləndirir. Əsərin süjet xəttinin məna yükü qabardılır. Müəyyən dini və cüzi-fəlsəfi düşüncələr açığı xoşuma gəlsə də , geniş mənada bir manipulyasiya var. Eyni zamanda şərqi romantik bir üslubla şişirdiblər. Doğrudur, bir çox fəlsəfi baxışların əsası şərqdə qoyulsa da, günü bu gündə bu dərinlik mövcud olsa da, fəlsəfə sistemli şəkildə qərbdə daha effektiv açıqlanıb və orada fəlsəfə daha yaxşı "satılıb". Amma burda qeyd olunan cüzi-fəlsəfi baxış da şərqin fəlsəfəsini trilyonda bir zəmində göstərir. Əgər romantik bir axtarış içərisindəsinizsə bu kitab sizə "sanki həyatımı təsvir edir" hissi yaşadacaq. Rasional axtarışınız varsa, "oxudum" olacaq. Ps. Paulo Coelho oxuyurmuş hissiyatı yaratdı ki, məncə onu da çox mübaliğə ediblər.
Ne İçin Varsan Onun İçin YaşaHikmet Anıl Öztekin · Destek Yayınları · 20217,7bin okunma
Sevgi haqqında psixoloji, fəlsəfi, sosialoji şərh.
10/10
·144 syf.··
Beğendi
·
2024 17. kitabı
·
67 günde okudu
·
Okunma: 19 Mayıs 2024 12:42
Bir çox insan üçün sevgi sadəcə romantik münasibətlər olaraq başa düşülür. Sevgi romanı, sevgi haqqında olan digər yazı və əsərlər bu qəbildən qəbul edilir. Fromm sevgiyə çox geniş və dərin bir aspektdən yanaşaraq şərh etməyə çalışır. Sevginin bir sənət olması, öyrənilməsi, ona yiyələnmək üçün müəyyən mərhələlərdən keçilməli olduğunu aşkar şəkildə ifadə edir. Kitabın dili, tərcümə də sağolsun, kifayət qədər ağırdır, lakin üstündə düşünərək, təhlil edərək oxuduğumuz zaman özümüzdə və cəmiyyətdə olan sevgi məsələlərində geniş fikir sahibi oluruq. Fromm sevginin obyektləri olaraq; qardaş sevgisi, ana sevgisi, şəhvani sevgi, özünəsevgi, Tanrıya sevgini ayırır və hər birini geniş şəkildə izah edir. Bu izahlar sadəcə onun fərdi düşüncələri əsasında deyil, yazılı məlumatlara və araşdırmalara əsaslanır. İstər valideynlərlə, istər cəmiyyətlə, istərsə də Tanrı ilə olan sevgi münasibətlərimiz üzərində düşündürür. Bütün bunları oxuduqdan sonra, bir müəllimimin, Fromm XX əsrin ən böyük mütəfəkkiridir, fikrini indi anlamış oldum. Kitabda sadəcə sevgi üzərində durmur, paraleldə sevgini və həyatımızı şərtləndirən anlayışlara da toxunur, psixologiyanın, dinin və müasir cəmiyyətin fikirlərini sintez edir. Kapitalist cəmiyyətinin sevgiyə və həyata münasibətini analiz və tənqid edir. 144 səhifəlik kitabın münasibətlər və sevgi haqqında olan müasir onlarla ədəbiyyatdan üstün olduğunu rahatlıqla qeyd edə bilərəm. Bu əsəri oxuyun, lakin düşünərək, araşdıraraq, papağınızı qarşınıza qoyub, ailə, cəmiyyət, partnyor münasibətlərinizi təhlil edərək oxuyun. Fromm özündən əvvəlki və müasirlərinin xüsusilə də Sigmund Freud in düşüncələrinə toxunur, qatıldığı və qəbul etmədiyi düşüncələri ortaya qoyur.
Deneme, İnceleme
Sevmək sənətiErich Fromm · Qanun Nəşriyyatı · 07,8bin okunma