Mrcl

Ilahi, onlar hamısının eyni cür düşünməsini necə də yüksək dəyərləndirirlər.
Sayfa 18·Kitabı okudu
Edebiyat
Reklam
Bütün bunlar mənim üçün yenilik deyil; mən heç vaxt belə səmimi duyğulara qapılmaqdan çəkinməmişəm, əksinə, onlara can atmışam. Onlara qapıla bilmək üçün özünü lap azacıq da olsa yalqız hiss etmək, bir anlığa həqiqətə bənzər şeylərdən uzaq olmağa yetəcək qədər təklənməyə çalışmaq lazımdır.
Sayfa 17·Kitabı okudu
Edebiyat
Yalnızlıq içində yaşayanda nəql etməyin nə demək olduğunu unudursan: dostlar yoxa çıxdıqca həqiqətə bənzər əhvalatlar da yox olur.
Sayfa 16·Kitabı okudu
Edebiyat
Indi isə heç kim barədə düşünmürəm; hətta bu anlarımı ifadə edə biləcək sözləri belə axtarmıram. Onlar daxilimdə gah yavaş, gah da sürətlə axıb gedir, onlardan hansınısa tutub saxlamağa çalışmıram, qoy özləri üçün axıb getsinlər. Bu səbəbdən də, düşüncələrim sözlərlə ifadə edilən şəklə düşmür, duman əlçimləri kimi görünürlər. Onlar bulanıq, ecazkar bir formaya düşüb bir-birinin ardınca qaçır, mən isə onları elə o andaca unuduram.
Sayfa 16·Kitabı okudu
Edebiyat

Mrcl

, bir kitabı okumaya başladı
Frans de Waal
8.9/10 · 318 okunma