Keçmişi nə qədər eşələsəm də, ortaya kiçicik mənzərələrdən başqa heç nə çıxmır ve bunların da doğrudanmi real xatirələr, yoxsa mənim quraşdırdığım uydurmalar olduğunu ayırd edə bilmirəm
Ürəkbulanma daxilimdə deyil: mən onu orada, divarda, şalvar aşırmasında, ətrafımdakı hər yerdə duyuram. O bu kafe ilə bütünlük təşkil edir, mən isə öz daxilimə yığılmışam.
Bəlkə, öz şəxsi üzünü anlamaq mümkün deyil? Yoxsa bu mənim yalnızlıq içində olmağıma görədir? Başqaları ilə münasibətdə olan adamlar güzgüdə özlərini dostlarının gözü ilə görməyə adət edirlər. Bəlkə, dostlarım olmadığı üçün bədənimi belə çılpaq, ifadəsiz şəkildə görürəm.
Düşünürəm ki, eybəcərdir, çünki bunu mənə deyibler. Ancaq bu məni narahat etmir. Məni özümdən çıxaran insan üzünə bu cür xüsusiyyətlərin yapışdırılmasıdır. Bu ona bənzəyir ki, bir ovuc torpağı və ya qaya parçasını gözəl, yaxud eybəcər adlandırılasan.
Divarda ağımtıl dəlik var- bu, güzgüdür. Bu həm də tələdir. Ona düşəcəyimi öncədən bilirəm. Elədir ki var. Güzgüdə ne isə bozumtul bir şey görünür. Yaxınlaşıb baxıram və artıq ondan uzaqlaşa bilmirəm.