Çox halda elə bu kiçicik mənzərələr də yox olur və yalnız onları ifadə edən sözlər qalır: mən hələ də müxtəlif əhvalatları nəql etməyi, özü də çox yaxşı danışmağı bacarıram, ancaq indi mənim bildiyim əhvalatın skeleti qalıb. Burada kiminsə nəyisə necə, hansı ardıcıllıqla etməsindən söz gedir. Ancaq bu mən deyiləm, mənim onunla heç bir ümumi xəbərim yoxdur. O, müxtəlif ölkələri gəzib dolaşır və mənim bu ölkələr haqqında məlumatım yalnız ondan eşitdiklərimlə ölçülür, sanki mən heç vaxt oralarda olmamışam.