M

M
@Mrs_0
Orxan Zeynallı - Heykəllər Sənə 390 səhifəlik kitabı bir gecədə bitirmiş kimi baxım mı, gözəl ama artıqlaması ilə yorğun
Sigma
Hardasa uzun müddət əvvəl bir yerdə oxumuşdum. Sigma- riyaziyyat da cəm deməkdir , iki ədədi toplayan da alınan ədəd cəm sayılır. Fəlsəfə də isə səni istədiyin "sən" edən insanların və hadisələrin cəmidir. Həqiqətən də düşünürəm ki , insanı "insan" edən ətrafındakı insanlar və onlara qarşı duyulan düşüncələri , fikirləri. Və
Reklam
Günahlarım bir çayın qovşağından aram-aram axan sel kimi çiyinlərimdən aşıb-daşırdı...
Qaçış
Olduğum situasiyalardan qaçmağı sevirəm. İllərdir mən "mən" ola bilməkdən qaçıram. İnsan yaşadığı şəhərə, evə , ətrafa , hətta cəmiyyətə uyğunlaşmayan da sadəcə tək çıxış yolunu özü-özü ilə qalmaq da görür. Necə deyərlər "axmaq cəmiyyətdənsə təklik hər zaman daha əlverişlidir". Özümü bir yerlərə aid hiss etmirəm , sanki bu mən deyiləm. Müəyyən cildə girmiş insanların isə mələk kimi ətraf da dövrə vurması isə ağıl alan iş deyil. Hər şeytan cildində bir mələk var. Adına "insan" adı verdiyimiz şəxslər.

Reader Follow Recommendations

See All
Qorxular
Dəyişikliyə məruz qalmaq istəyirəm. Müəyyən qorxular altında yaşamaqdan artıq yorulmuşam. Eyni play list, eyni mövzular əhatəsində dövrə vurmaq , eyni janrlar , və eyni səs tonları. Bəzən standartlardan çıxmaq istəyirəm. Və olduğum yerə heç qayıtmamaq keçir könlümdən. Bir musiqini dəfələrlə dinləyən biriyəm. Düşünürəm ki , dəyişsəm ona xəyanət etmiş olacam. Özümü dəyişmək isə hələ şüphə altında. Buna hələ iki il var. İndiki mən Rəşid Behbudov , Müslüm Maqomayev dinləyən iki il sonra xarici mahnılar dinləyib , daha çox inkişaf edəcək ? Yoxsa eyni burulğan da sadəcə dövrə vuracam. Sadəcə mən , "Mən" olmağı ertələmək istəyirəm. Standartlaşdırmış həyat tərzi bir müddətdən sonra sıxıcı gəlir , axı təkansız fikirlərlə və bu razılaşmamış düşüncələrlə nə zamana kimi davam edə bilərəm ki ?
İnsancıklar
Çəkinmədən saatlarla insanlar haqqında danışa bilərəm , onların düşüncələri, hadisələrə baxış bucağına görə isə necə biri olduğunu analiz edə bilərəm. Zamanla təriflərə, təltiflərə layiq gördüyüm insanlar isə sadə insanlar kimi görünməyə başlayıb gözüm də. Nə qədər dağı daşı yerindən oynatsalar da əslində insan kimi davranılmağa layiq olmadığını görmüşəm. İnsanların hələ ki , buqələmun kimi rəng (xarakter) dəyişənlərin ətrafında yaşamaq biraz çətin gəlir. Çünki bir dedikləri digəri ilə əsla üst-üstə düşmür. Bu yaxınlarda biri ilə söhbət zamanı dediyinə görə "insanların etdikləri ilə dedikləri üst-üstə düşürsə onlar ikiüzlüdürlər". Yəni siz "siz" olun , etdiyiniz davranışla dediyiniz söz eyni olmasın. Birinə sənə bir ömür sadiq qalacam deyin, sonra gedin xəyanət edin. Günümüz də sözü ilə əməli bir ,düz olanlara həqiqətən fərqli gözlər də baxırlar. Məncə insanın yaradılışı budur , fərqli fikirlər və fərqli əməllər. Amma çalışın elə məhz hamının axtardığı insanlar olmayın nə də onlara layiq.
Reklam
Gözləntilər yoxsa gözlətilən?
Uzun müddətdir, gözləntilərimlə gözlətdiklərim eyni baxış da yer alır. Ya mən gözləntilərimi yüksək tutduğum üçün bu qədər gözləntidəyəm ya da onları edəcək biri yoxdur. Əslində birini gözləmək də axmaqlıqdır sanki , edə biləcəklərini qarşındakıların düşünməsini istəyirsən. Ən azından səni düşünməsini. Heç vaxt gözləntilərimi yüksək tutmadım, ən
Biraz can , Azərbaycan...
Mahnıda da deyildiyi kimi "Bir qara buludam uca göylər də , bu qara baxtımla bizim ellər də..." Görəsən həqiqətən də qara bəxtli təkcə mənəm , yoxsa təkcə mən hər bir varlığı bu qədər düşünüb , özü özlüyümdə analiz edirəm. Varlıq deyirəm çünki insanların varlıqları ilə yoxluqları mənim üçün uzun müddətdir eyni tərəzi də yer alır. Nədənsə
Ağır yüklər və insanlar.
Bəzən dünyanın ən yaxşı insanı imiş kimi bir hissə qapılıram , bəzənsə sanki dünyanın ən pis insanı. Qarşıma çıxan ilk insanın başını kəsmək keçir içimdən, bəzənsə sadəcə sığallamaq. Bu adi günlərdə də olur. Təkcə kədərli günlərim də təsadüf etmir bu hiss mənə. Bir qonaq kimi gəlir , bir neçə dəqiqə məni sevindirir , xoşbəxt edir sonra yox olur.
Narsist gözəl...
Yenə həmin qız , yenə eyni baxışlar... Sanki bu dəfə daha çox kədərli idi , göz yaşı üzünü yuyurdu , çənəsindən axan yaşlar ona baxmağa vadar edirdi insanı... Gözləri qarşısında susmaq istəyirdim. Sanki Allah hər şeyi onun əlindən almışdı , bütün xoşbəxtliyini, bütün sevincini bir tək ona o dəniz dəryasına bənzər , mavi gözləri bəxş etmişdi. Elə
2. Oktyabr
Oktyabr ayı mənim üçün çox özəl olub , məsələn hər kəs noyabrın kədərin də boğularkən , mən isə oktyabrın xoşbəxtliyi ilə bir ümid çırağı yandırmışam içim də. Nədənsə hər kəs noyabrın kədərindən , sərt soyuğundan, fırtına qoparan küləyindən , ayrılıqlardan danışarkən mən avqust ayının şaxta kəsəkli yolların da addımlamış oluram. Deməyin yenə mi ?
Reklam
1.Avqust...
Xatırlamaq daha çətin yoxsa unutmaq ? Söylə mənə hansı daha ağır? Ya da xatırlayaraq unutmaq... Bu qədər zamandan sonra günün sonunda səni xatırlamaq keçmişdən gələcəyə bir gün ötürmək kimidir. Sanki o günü yaşamısan yenidən yaşayırsan. Avqust ayını heç sevmirəm. Nədənsə bütün bədbəxtliklər o an da. Hər kəs də noyabrın bir hüznü yaşanarkən mən hələ də illərdir avqust ayın da qalmışam. O ay çatan da düşünürəm ki , sanki bir bədbəxtlik hökm sürəcək. Nədənsə də düşündüyüm kimi də olur. Hər il avqust ayı məndən bir sevdiyimi qoparır. Bu ayda yay bitir artıq payız fəsli başlanır lakin daha çox qışı xatırladır sanki Dekabr ayının ən soyuq ən şaxtalı günləri başlayır bu ayda. İnsanlardan qopuram, heç xatırlanmayacaq dərəcə də tez , külək sərt şəkildə üzümə qapını çırpır bu aya məni həbs edir. Sonralarda isə ucqar bir kəndin daxmasın da qayğısız, sevgisiz, bir şəkildə özümü tapıram , nə təsadüf necə də mənə uşaqlıq illərimi xatırladır. Neçə yaşım olduğunu xatırlamıram , məndən soruşsanız indi də neçə yaşım olduğunu bilmirəm. O il tam da avqust ayında özümü ən qayğısız hiss etdiyim günlərdən biri idi. Həmin gün mənə o qayığını hər gün aşılayan birini itirmişdim. 8/8/18/28 bu 8 həyatımın ən uğursuz rəqəmi , uğursuz rəqəm də olar heç ? Deməyin. Olarmış , hələ bir uğursuzluq 28 də qalıb ümid edirəm dərddən ölmərəm. İllər , insanlar , düşüncələr mənim üçün əvəz edilməz üçlük. İndi çox qarışıq düşüncələrdəyəm sonra davam edərəm.... #Avqust1
Ən gözəl kompliment...
Sən yaxın şərq kimisən aqresiya şeyriyat sivlizayanin başlanğıcı və dərin tarix)
Mən həmin zamandayam sənin yoxluğun da
Uzun zamandır düşünürəm , məndən qaçışını mənə heç bir zaman səslənməyişini. Hər kəsin üzərim də sevincli kədərli bir xatirəsini daşıyıram. Daima mənimlə olan gülüşlərini yaxud da hər hansı bir göz yaşını. Sən mənə heç ağlamadın , daha doğrusu mənim üçün. Amma mənimlə olarkən çox insan üçün göz yaşı tökdün. Zamanla dəyişdin dəyişdim , səninlə
185 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.