Aysun Musayeva

Aysun Musayeva
@MsyvA
24 Temmuz 2005
53 okur puanı
Şubat 2026 tarihinde katıldı
Puan vermedi·656 syf.··
2026 78. kitabı
Burada Qəzalinin "Təhafüt əl-fəlasifə" əsəri üçün inceleme yazmışdım, düşündüm ki, bu əsərə cavab olaraq yazılan "Təhafüt ət-təhafüt" əsəri haqda da inceleme yazmalıyam. İbn Rüşdün "Tutarsızlığın Tutarsızlığı" əsərini bitirdikdən sonra içimdə qəribə bir boşluq və eyni zamanda böyük bir aydınlanma yarandı. Kitab boyu İbn Rüşdün hər şeyi insan məntiqinin o dar qəliblərinə sığışdırmaq cəhdi, kainatı riyazi bir tənlik kimi izah etməsi məndə bir sual doğurdu: Biz kimik ki, mütləq olanı öz məhdud idrakımızla mühakimə edirik? İbn Rüşd Allahı müəyyən qanunlara tabe, sanki "başqa cür edə bilməzmiş" kimi bir zərurət qəlibinə soxur. Amma Allahın əməllərində bizim anladığımız mənada bir məntiq axtarmağın özü məntiqsizlik deyil? Qəzalinin dediyi kimi, bir insanın özünü öldürməyə qadir olub bunu etməməsi, onun buna gücünün çatmadığı mənasına gəlmir. Allahın da bəzi şeyləri bizim məntiqimizə uyğun etməməsi, Onun mütləq qüdrətinə kölgə sala bilməz. İbn Rüşd Allahı insan beyninə sığışdırmağa çalışdıqca, Yaradanın o sonsuz azadlığını və iradəsini sanki bir kənara itələyir. Məncə, insan beyni bu uca varlığı tam mənasıyla anlamaqdan acizdir və bu acizlik əslində imanın ən gözəl tərəfidir. İbn Rüşdün arqumentləri nə qədər güclü görünürsə görünsün, Qəzalinin o "mütləq təslimiyyət"i qarşısında mənim üçün hər zaman məğlubdur. Çünki Allah məntiqlə isbat olunan bir düstur deyil, ruhla hiss olunan sonsuz bir qüdrətdir.
Felsefe
Tutarsızlığın Tutarsızlığı (3 Cilt)İbn Rüşd · Karbon Kitaplar · 2020146 okunma
Reklam
Teleological suspension of the ethical
Puan vermedi·200 syf.··
2026 84. kitabı
Bu əsərdə məni ən çox düşündürən məqam "Əxlaqın teleoloji dayandırılması" anlayışı oldu. Kierkegaarda görə, İbrahimin öz oğlunu qurban verməyə aparması bir cinayət deyil. O, hamı üçün keçərli olan "ata övladını qorumalıdır" etik qanununu, Tanrıya olan mütləq itaəti naminə "dayandırır". Bu, imanın elə bir zirvəsidir ki, orada artıq ümumbəşəri qaydalar susur, yalnız insan və Tanrı qalır. Məhz bu nöqtədə "İbrahimin sükutu" başlayır. İbrahim sükut edir, çünki yaşadığını heç kəsə izah edə bilmir. O, imanın elə bir mərhələsindədir ki, bunu izah etmək mümkün deyil.
Korku ve TitremeSoren Kierkegaard · Araf Yayınları · 20132,257 okunma
Təhafüt əl-fəlasifə
Puan vermedi·256 syf.··
2026 75. kitabı
Bəzən elə kitablar olur ki, onları bitirdikdə sadəcə bir əsəri oxumuş olmursan, sanki düşüncə dünyanda böyük bir zəlzələ baş verir. İmam Qəzalinin "Filosofların tutarsızlığı" mənim üçün məhz belə bir şah əsərdir. Hətta deyərdim ki, bu, sadəcə İslam fəlsəfəsinin deyil, ümumi fəlsəfə tarixinin zirvə nöqtələrindən biridir. ​Açığı, kitabı ilk dəfə bağlayanda anladım ki, mən əslində heç nəyi tam dərk etməmişəm. Qəzalinin Aristotel, Farabi və İbn Sina kimi nəhənglərin qarşısına çıxardığı arqumentlərinin sarsılmazlığı adamı heyrətə salır. Bu əsər "oxudum, bitdi" deyiləcək bir kitab deyil. Əgər fəlsəfəyə marağınız varsa, bu kitab sizin stolüstü əsəriniz olmalıdır. Amma xəbərdarlıq edirəm: dərk etmək üçün dəfələrlə oxumaq belə bəzən yetərli olmur. Mən hələ də o yoldayam və hər səhifədə öz cahilliyimlə yenidən üzləşirəm. Mütləq oxuyun, amma səbirli olun. Bu kitab tələskənliyi sevmir.
Felsefe
Filozofların Tutarsızlığıİmam Gazali · Ahsen Yayınları · 2002283 okunma