Martin İden 20 yaşında güclü, qoçaq və təxmini 13 yaşından sonra davamlı olaraq matrosluqla öz həyatını davam etdirən bir gəncdir. Martinin hekayəsi limanda bir neçə avara tərəfindən təklənməyə çalışan Artura kömək etməsi ilə başlayır. Sonrasında Artur onu öz evlərinə yeməyə dəvət edir. Və burada olarkən Martində Arturun bacısı Rufa qarşı indiyə kimi hiss etmədiyi bir məhəbbət hissi oyanır. Amma bu məhəbbətin böyüməsinə ciddi bir maneə var idi. Bu maneə isə Martin və Rufun tamamilə ayrı dünyaların, ayrı zümrələrin insanı olmaqları idi. Ruf varlı, nəcib bir ailənin universiteti bitirməyə yaxın olan bir qızı idi. Martinsə çətinlik və yoxluqla böyümüş bir oğlan idi. Ancaq Martin çox düşündükdən sonra Rufa hiss etdiyi məhəbbətdən dolayı ona layiq olmağa çalışmağı özünə hədəf qoyur. Bu hədəfə isə kitablar oxuyaraq, mədəniyyət qaydalarını öyrənərək başlayır. Əlbəttə, Rufda bu yolda ona müəllimlik edir. Rufunda ona qarşı müəyyən hisslər keçirdiyini görən ata və anası Rufda qadınlıq hisslərini oyandırdığı üçün Martinə minnətdarlıq hissi duyurlar. Hətta bir ara Ruf Martini əhliləşdirilməmiş buldoq da adlandırır. Ruf nə qədər bunun mümkün olmayacağını bilsə də, sonda o da bu məhəbbətə təslim olmağa məcbur qalır. Məcbur qalır qalmağına amma mən elə düşünürəm ki Rufun hissləri elə ana atasının dediyi kimi qadınlıq hisslərinin oyanması idi. Tam olaraq bir məhəbbət deyildi. Və sonrasında Martin bu məhəbbətin gələcəyini daha yaxşı inşa edəbilmək üçün nə edəcəyini düşünür. O şeirlər, hekayələr, oçerklər yazıb jurnallara göndərərək yaxşı qazanacağı fikrinə gəlir, axı böyük yazıçılar yaxşı həyat yaşayırdılar... Bu səbəbdən yazdığı əsərləri jurnallara göndərməyə başlayır. Ancaq yazılarına uzun müddət müsbət cavablar ala bilmir. O öz əsərlərinin çox yaxşı olduğunu bilir amma