Erich Fromm insanın əslində kim olduğunu, kim olmaq istədiyini və nədən uzaqlaşdığını sorğulayır. Bu kitab, təkcə ağıl üçün deyil, ruh üçün də bir axtarışdır.
Bəzən insanın ən böyük mübarizəsi öz içində başlar. “Necə insan olmalıyam?” sualına cavab axtaran hər kəs bu səhifələrdə öz kölgəsini, qorxularını və ümidlərini tapır.
Fromm mənə göstərdi ki, insan olmaq yalnız doğulmaqla tamamlanmır – o, daim yaradılan, sorğulanan, sorumluluq daşıyan bir varlıqdır.
Sevmək, düşünmək və azad olmaq — bu üçlüyün içində itirdiyimiz insanlığımızı xatırlamağın vaxtıdır.