Şəfiqə Mütəllibli

Şəfiqə Mütəllibli
@Mutellibli
Good books are good friends...
Graphic Designer
Technology teacher
Gabala/Azerbaijan, 10 Nisan 1996
284 okur puanı
Aralık 2020 tarihinde katıldı
"İnsan keçmişindən daha çox sevinc və kədər gətirmiş təəssüratları yadda saxlayır: uğursuzluq, nifrət, ağrı, çarəsizlik, itki, qorxu, məyusluq.. və təbiki bunların əksi olan gözəl duyğular."..
Sayfa 29·Kitabı okudu
Reklam
​"Həyatımızı formalaşdıran o 'Bir Gün'lərin kitabıdır." Bu əsər mənə hər anın, hər qərarın nə qədər əhəmiyyətli olduğunu bir daha xatırlatdı. Emma və Deksterin yollarının kəsişməsi və ayrılmaları, bəzən ən çox sevdiyimiz insanların bizə ən yaxın olarkən necə uzaqda ola biləcəyini göstərir. Romanın sonu isə... o qədər ağrılı və eyni zamanda o qədər təsirlidir ki, uzun müddət təsiri altından çıxmaq çətin olacaq... Gözləri yaşlı bir tövsiyə: Mütləq oxuyun!" #oneday #birgündavidnicholls
​"Hər kəsin öz 'Gecəyarısı Kitabxanası' var. O, bir çox həyatı, qəbul edilmiş və edilməmiş saysız-hesabsız qərarları ehtiva edən sonsuz bir yerdir. Bəzən həyatımızdakı bütün qapılar bağlandığı anda , kainat bizə ikinci şansı verir. Kitabı oxuyarkən anladım ki, əsl əzab, etmədiyimiz və ola biləcəyimiz həyatlara görə çəkdiyimiz peşmançılıq hissi imiş.. Bu kitab, bizə hər peşmançılığın sadəcə bir potensial gələcəyə açılan qapı olduğunu, lakin həyatın əsl mahiyyətinin indiki anda yaşamaqdan ibarət olduğunu xatırladır... 'Gecəyarısı Kitabxanası' mənə dərk etdirdi ki, mükəmməl həyat yoxdur, mükəmməl insan yoxdur..biz sadəcə olaraq öz kiçik həyatımızı bütün qüsurları ilə, bütün mümkün variantları ilə sevməyi öyrənməliyik.Və ən əsası, yaşamağa dəvam etmək üçün həmişə bir səbəb, hər an yenidən başlamaq üçün bir şans var...Bu kitab mənə ümidin qaranlıqdakı ən parlaq ulduz olduğunu sübut etdi. Və var olan ən yaxşı həyatın ele məhz öz yaşadığımız həyat olduğunu."..
"Kvant fizikasındakı müxtəlif dünyalar interpretasiyasına əsasən eyni anda mövcud olan bir çox paralel kainatlar vardır."..
Sayfa 180·Kitabı okudu
"Hər bir kainat başqa bir kainatın üzərindən mövcud olur. Eyni çərçivədə yerləşdirilmiş milyonlarla şəkil kimi."..
Sayfa 180·Kitabı okudu
Reklam