Name Hüseyni

Name Hüseyni
@Name_kitab_kurtu
Elmlərin cilovunu əldən buraxmayın, elmlər şahlıq quşuna oxşarlar, bəzən başa qonarlar, bəzən başdan uçarlar. "Əxlaqi-Nasiri" kitabından
kitab qurdu
kitab qurdu
Baku
Baku, 23 Şubat 1992
14 okur puanı
Mayıs 2022 tarihinde katıldı
İnsanların öz gördükləri işlərdə müəyyən hədəf və məqsədləri olur. İnsanın gördüyü hər bir işin bir "üçün"ü olur. Nə üçün dərs oxuyursan? Bilikli və bacarıqlı olmaq üçün. Və s. Beləcə, hər "nə üçün"ün qarşısında bir "üçün" durur. İnsanın işlərini mənalı edən də məhz həmin "üçün"lərdir. Ağlın qəbul etdiyi məqsədə malik olan, yəni xeyirli və məsləhət olduğu üçün yerinə yetirilən hər bir iş mənalı hesab edilir.
Sayfa 32 - Parlaqimzalar·Kitabı okudu
Din
Reklam
İlahi eşq
- Dünyada hələ bağ, badə və üzüm yaradılmamışdan biz İlahi şərabdan sərxoş idik. Ey Saqi! Bizi gözəlliyinin divanəsi etmək üçün vücud torpağımıza eşq şərabının bir damlasını atdın. Gözəlliyinin məcnunu olmağımızı istəməsəydin, heç atardınmı?
Sayfa 33 - Nurlar nəşriyyat, MİMTA·Kitabı okudu
Din
"Əgər insan hər bir hadisəni ayrı-ayrılıqda incələsə, bir şey anlamaz. Gərək işlərin ümumi gedişi, bütün bu işlərin hansı tədbir, ağıl və dəqiqliklə həyata keçirildiyinə baxılsın.”
Din
Peyğəmbərlərin Varisi Hüseyn
Beyyətimizi yeniləmək üçün oxunan ziyarətnamədə deyilir: "Salam olsun Sənə, ey Allahın seçilmiş bəndəsi Adəmin varisi! Salam olsun Sənə, ey Allahın peyğəmbəri Nuhun varisi! Salam olsun Sənə, ey Allahın dostu İbrahimin varisi! Salam olsun Sənə, ey Allahın həmsöhbəti Musanın varisi! Salam olsun Sənə, ey Allahın ruhu İsanın varisi! Salam olsun Sənə, ey Allahın sevimlisi Muhəmmədin (s) varisi!" Dediyimiz ilk salamdan başlayaraq biz İmam Hüseyn əleyhissəlamı Peyğəmbərlərin(ə) varisi hesab edirik. İmam Hüseyn əleyhissəlam nədə Onlara varislik edir? Peyğəmbərlikdə?! Əlbəttə, yox. İmam Hüseyn əleyhissəlam zülmə qarşı çıxmaqda, mübarizədə, rəhbərlikdə, şəhid edilməkdə və ölüm meydanında geri çəkilmədən sonuna qədər mübarizə aparmaqda Onlara varislik edir. İmam Hüseyn əleyhissəlamı Sələflərin varisi adlandırdığımız kimi, həm də xələflərin başçısı adlandırırıq. İmam Hüseyn əleyhissəlamı Peyğəmbərlərin (ə) varisi adlandırdığımız kimi, İmam Sadiq (ə), İmam Baqir(ə), İmam Rza (ə) da, eləcə də haqsızlıqla mübarizə aparan, bütün səyini və ömrünü haqqın müdafiəsi uğrunda sərf edən hər kəsidə İmam Hüseyn əleyhissəlamın varisi hesab edirik. Çünki, haqq və batil ilk gündən bir-biri ilə mübarizədədir...
parlaq imazlar·Kitabı okudu
Olurda birgün bana bişey olursa; hayallerim sana emanet; sende Allah'a, hasretini helal et. Azad Penaber
Reklam