nargis mursalzade

nargis mursalzade
@Narciis
9/10
·68 syf.··
2026 1. kitabı
Son zamanlarda oxuduğum ən təsirli kitab idi deyə bilərəm. Başlamazdan əvvəl təsirlənəcəyimi bilirdim, amma bu qədərini mən də gözləmirdim. Əsərdə qınadığım, əsəb olduğum məqamlarda oldu, ağlamadığım hissələr isə (əsasən də sonda) demək olar olmadı. Qınamaq da demək olmaz, sadəcə bir qadının bu qədər çarəsiz, birini dəli-divanə olacaq qədər sevməsini həddən artıq hesab etdim. Hələ ki, sevdiyi insan onu heç yadında saxlama zəhmətinə belə girmirsə, onun sevgisindən bixəbərdisə..Lakin sevgisini illərlə qoruyub saxlaması, əsla bir dəfə də olsun sevdiği adamı günahlandırmaması çox təsirli idi. Son dəqiqələr yazdığı bu məktublarda, hisslərini ilk və son dəfə ifadə edərkən belə sevdiyi insana qarşı minnət duyurdu. Onun illər əvvəl hər hansı bir hərəkətindəki qüsuru yazarkən, dəfələrlə üzr istəyirdi. Onu haqsız hesab etmirdi, edə bilmirdi. Amma olan sadəcə ona, uşaqlığına, saf duyğularına və atasından xəbərsiz olan uşağına oldu. Ən təsirləndiyim məqamlardan biri budur. Uşaq anasıyla birgə atasının ad gününü hər il hər hansı bir bayram imiş kimi keçirdir. Amma həmin günün atasının ad günü olduğundan belə xəbərsizdi…Və əsərin sonuna gəlsək..onu deyə bilərəm ki, qədri bilinməyən hər şey bir gün yox olmağa məhkumdu. Qadının sevdiyi adam hər il ad günündə ona göndərilən güllərin kim tərəfindən göndərildiyini belə araşdırmağa tənəzzül etmir. Hətta məktubları bitirənə qədər, hər ad günündə gələn, mavi vazasında olan o güllərin bu səfərki yoxluğundan belə xəbərsizdi. Kitab 50 səhifə və axıcı olmasına rəğmən, təsiri böyük idi. Əsəri oxuyarkən mənə mini klassika kimi gəlmədi, bəlkə də, təsirindəndi bilmirəm. Odur ki, əsəri asanlıqla bir gündə bitirmək olar, lakin bağışladığı təəssürat olduqca qalıcıdı.
Bilinmeyen Bir Kadının MektubuStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2022266,9bin okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?

nargis mursalzade

, bir kitap okudu
9/10
·68 syf.··
2026 1. kitabı
Stefan Zweig
7.6/10 · 266,9bin okunma

nargis mursalzade

, 2026 okuma hedefini ekledi.
2026 OKUMA HEDEFİ
1/20 kitap - %5 tamamlandı
1 kitap okudu
20 kitap
68 sayfa
1 inceleme
3 alıntı
10 günde 1 kitap okumalı.
…indiyə kimi eşq atəşinə yanmadığından başa düşmürdü ki, hazırda onu isidən eşqin özüdür…
Sayfa 103 - Qanun·Kitabı okuyor
Birdə ki, dondan-dona girmək, ümumiyyətlə, onun təbiətinə yabançı idi. Yalan və saxtakarlıq üçün onun qəlbində yer yoxdur. Nə olursa-olsun, o, necədirsə elə də qalmalıdır..
Sayfa 24 - Qanun·Kitabı okuyor