İnsanların beynini lazımsız rəqəmlər, lazımsız faktlarla doldurun. Onlar bir müddət sonra bundan bezəcəklər, lakin eybi yox, əvəzində onlara elə gələcək ki, onlar çox savadlıdırlar.
Onlara elə gələcək ki, onlar düşünürlər, irəliyə doğru hərəkət edirlər. Lakin əslində, onlar elə yerlərində də sayacaqlar.
Özlərini xoşbəxt hiss edəcəklər, çünki öyrəndikləri faktlar dəyişilməzdir, sabitdir. Onlara fəlsəfə və sosiologiya kimi güvənilməz, dəyişkən şeylər oxumağa icazə verməyin. Belə şeyləri oxumaqla, çox düşünərək nəsə bir nəticəyə gəlmək fikrinə düşə bilərlər. Bu isə melanxoliyaya və xəyalpərəstliyə aparır. Televizor divarını söküb-yığmağı bacaran insan,bizim zəmanədə bunu hər kəs bacarır, kainatı ölçməyə və bərabərləşdirməyə çalışan insandan daha xoşbəxtdir. Çünki öz heyvaniliyini və tənhalığını dərk etmədən, kainatı ölçmək mümkün deyil.
Mən bilirəm, çünki mən buna cəhd etmişəm!