"Gündüz pisdir, pəncərə qapılarını örtməkdən başqa ayrı heç bir şeyə layiq deyil. Kübar adamların ağlı göydə çıxan ulduzlarla bir yerdə işıq saçmağa başlayır."
Bu gözlər nəyə baxırsa baxsın, insan qəlbi qədər dəhşətli, mürəkkəb, əsrarlı və hüdudsuz bir aləm görə bilməz. Dənizdən daha əzəmətli bir mənzərə var ki, bu da göydür. Göydən daha əzəmətli bir mənzərə var ki, o da insan qəlbinin sirli dərinlikləridir.
İnsanın taleyi acı olmuşsa, onun qəlbi taleyin təsiri altında təmamilə dəyişib kinli ola bilərmi? Tavanı həddindən artıq alçaq olan daxmada onurğa əyildiyi kimi, ürək də hədsiz qəm-qüssənin ağırlığı altında dəyişərək əlacı olmayan xəstəliyə tutula bilərmi, pis və eybəcər ola bilərmi?
"Cəzanın ağırlığı qəbahətin böyüklüyünü azaltmırmı, cəza verənlərin cinayəti məhkum edilənin cinayətindən daha çox olmurmu? Müqəssir qurbana, borclu borc verənə çevrilmirmi? Haqq bu haqqı pozanın tərəfində durmurmu"?