Narmina Karim

Narmina Karim
@Narminakarim
9/10
·258 syf.··
2025 2. kitabı
·
4 günde okudu
·
Okunma: 11 Ocak 2025 00:16
Çoxdan oxumaq istəsiyim kitablardan idi. Kitabın mözvusu haqda heç bir məlumatım yox idi. Oxuduqca həm sevdim, həm də əsəbiləşdim. İlk səhifəsindən kitabdakı fərqli fikirlər məni düşündürdü. Herry tərəfindən deyilən bir çox fikir eyhamla deyilsə də günümüzlə səsləşir. Amma qadınlarla, evliçikçə bağlı fikirlər bəzən məni özümdən çıxardı. Əsas qəhrəman isə Doriandır. Ağıllı, yaraşıqlı gəncdir. Ən əsası isə öz yaraşığının fərqindədir və özünü çox sevir. Məncə başına gələnlərin səbəbi də elə bu fərqindəlikdir. Şəkillə obraz arasındakı təzadlar əsərə daha dərin məna verir. Demək olar hər səhifəsində maraqlı fikirlər var. Altını xətlədiyim onlarla cümlə var. Qısa və maraqlı kitabdır. Oxumağa dəyər.
Edebiyat
Dorian Gray'in PortresiOscar Wilde · Türkiye İş Bankası Kültür Yayınları · 202399,1bin okunma
“Kötü bir anıyı unutmanın en iyi yolu güzel bir tanesiyle değişmektir.”
Təhlil
10/10
·220 syf.··
2025 1. kitabı
·
4 günde okudu
·
Okunma: 07 Ocak 2025 01:23
“Xan” nəşriyyatının bu seriyası olduqca maraqlı və faydalıdır. Çalışıram ki, hər birini oxuyum. Bu kitabı da uzun zamandır oxumaq istəyirdim. Mir Cəlal Paşayevin əsərlərini oxusam da həyatı haqda o qədər də məlumatım yox idi. Oxuduqca daha yaxşı tanıdım, sevdim. Mir Cəlalı bu kitabda alnız bir ədəbiyyatçı, dramaturq kimi deyil, həmçinin bir müəllim kimi göstərdiyi fəaliyyətləri ilə tanış oldum. Məncə, oxumağa dəyər kitabdır.
Edebiyat & Roman
Mir Cəlal - XatirələrdəKolektif · Xan Nəşriyyatı · 20213 okunma