Göylərdə müqəddəslərin pak və təmiz olmaları hec də qəribə deyildir. Bunda onların böyük bir xidməti yoxdur. Lakin çirkab arasında yaşayan müqəddəslər isə əsl möcüzədir! Elə bu möcüzə xatirinə yaşamağa dəyər!
Məgər siz görmədinizmi ki, onun baxışları nə qədər sərtdir? Axı o qız heç bir zaman başqalarının qanadı altında yaşamamışdır. O qız həmişə özü öz qayğısına qaldığı üçün onun bu cür məsələn... Sizinki kimi mehriban, həlim baxışları ola bilməz.