Cəmiyyətin yeniliyə qarşı toleransı nə qədərdir və bunu hansı davranışla biruzə verirlər?
Spencerdə kiçik bir təmsillə bu problemin həllini oxuyucuya izah edir.
Düşünəndə siçanın ağlının insanınkindən daha bəsit olduğu qənaətinə gəlsək də, düzgün və rahat yaşamın da mənbəyi elə bəsit düşüncədən qaynaqlanır. Emosiyalarını, ətrafını, davamlı gələn narazı fikirləri kənara qoyub hər daim gələn yeniliyə yeni bir səyahət kimi baxır müəllif.
Bu səbəbdən əsəri sevdim və insana bəlli bir yeniliklər qatdığını düşünürəm. Lakin bəzən insan bildiyi şeyləri mütailə edərkən davamlı eyni şeyləri eşitdiyi üçün bir yerdən sonra ona yeni məlumat kimi gəlmir, daha dəqiq desək, təsir etmir. Hal-hazırda elə bir vəziyyətlə qarşılaşdığım üçün yüksək təsir hiss etmirəm. Amma eyni zamanda deyə bilərəm ki, bu haqda götür-qoy etməyən biri üçün mütləq ki, oxunulmalı kitabdır.
Birçok parçadan oluşan ve çeşitli ustaların elinden çıkmış eserlerde çoğu kez tek bir ustanın çalıştığı eserlerdeki kadar kusursuzluk olmadığını fark etdim