Bir Dəqiqəlik Hədəflərin Tənzimlənməsi çox sadə
şəkildə həyata keçir:
ı. Öz məqsədlərinizlə razılaşın.
2. Yaxşı davranışlarınızın hansılar olduğunu
nəzərdən keçirin.
3. Bir vərəq parçası götürüb, 250 sözdən çox
olmamaq şərtilə hər bir hədəfiniz haqqında yazm.
4. Hər hədəfinizi təkrarən oxuyun, bunu ən azı bir
dəqiqə edin və eyni qaydada bir neçə dəfə təkrarlayın.
5. Keçirdiyiniz günün sonunda özünüz üçün
bugünlük performansınız haqqında düşünməyə bir
dəqiqə verin, və
6. Nəzarətdə saxlayın ki, davranışlarınız
hədəflərinə uyğun gəlir, ya yox?
Bir Dəqiqə Tərifləri: Xülasə
Bir Dəqiqə Tərifləmə yaxşı
nəticələr verir, əgər siz:
ı. İnsanlara qabaqcadan istədikləri addımı atmaq
imkanı verdiyinizi desəniz. Doğru edəcəklərinə
əminliyinizi bildirsəniz.
2. İnsanları dərhal dəyərləndirsəniz.
3. İnsanlara nəyi düzgün etdiklərini deyib, bunu
özünəməxsus şəkildə etməyi bacarsanız.
4. İnsanlara onlar düzgün hərəkət etdikdə necə
gözəl hisslər keçirdiyinizi, bu hərəkətin müəssisəyə və
orada işləyən insanlara necə kömək etdiyini izah
etsəniz.
5. Onlara bir dəqiqə sakitlik versəniz. Qoy sizin
ona necə dəyər verdiyinizi həmin sakitlikdə düşünmək
imkanı olsun.
Əgər biz şəraitin qurbanı olduğumuza inanmağa başlayır və determinizm anlayışını qəbul edib bu çarəsizliyə təslim oluruqsa,ümid və inadkarlığımızı itirir,taleyimizlə barışır və inkişafdan qalırıq